Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Zelenskinin parlament problemi: Ukrayna yenidən seçki yolunda...

Zaur Məmmədov: “Bu gün Vladimir Zelenski hakimiyyətdədir, amma parlamentdə Zelenskinin heç bir siyasi partiyası və siyasi dəstəyi yoxdur”

Əhəd Məmmədli: “Parlamentin dəstəyini almaq yeni prezident üçün önəmlidir. Bu dəstəyi indiki parlamentlə almaq mümkünsüz olduğu üçün Zelinski yeni parlament seçkilərinə getməyə qərar verdi”.

Ukraynanın yeni prezidenti Vladimir Zelenski bu gün andiçmə mərasimindən həmən sonra Ukrayna Ali Radasını buraxdığını elan edib.

Xatırladaq ki, bu gün Ukrayna Ali Radasında Vladimir Zelenskinin inaqurasiya mərasimi keçirilib. İnaqurasiya mərasimi bitdikdən sonra elə parlamentdəcə yeni prezident Ali Rdanı buraxdığını elan edib: “Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri bu ilin payızında keçirilməli idi. Zelenski isə iki ay müddətində yeni seçkilərin keçirilməsini istəyib. Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsi və parlamentin buraxılması üşün konstitutisiya prezidentə o zaman hüquq verir ki, Ali Radada koalisiya pozulsun və bir ay ərzində yeni koalisiya qurulmasın. Ukraynada hakim koalisiya bir həftə əvvəl “Xalq Cəhbəsi” fraksiyasının hakim koalisiyadan çıxması ilə pozulub. Hazırda Ukrayna parlamentində yeni koalisiyanın yaranması üçün çox az ehtimal görünür. Ukrayna Ali Radasında səs çoxluğuna malik olan fraksiya, ya da koalisiya höküməti formalaşdırır.

Faktiki olaraq Ali Radanın buraxılmasını elan edən Zelenski, paralel olaraq höküməti də istefaya yollamış olub. Əgər yaxın bir neçə həftə ərzində Ukrayna parlamentində yeni koalisiya formalaşmazsa, onda iki ay müddətində yeni seçkilərin keçirilməsi qaçınılmaz olacaq.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Zaur Məmmədov: “Ukraynada əsas problem ölkədə kök salmış oliqarxik və korrupsiyalaşmış sistemdir ki, oliqarxlarla mübarizə aparmaq çox çətin məsələdir. Hələ heç bir Ukrayna prezidenti bunun öhdəsindən gələ bilməyib”.

Ukraynada oliqarxların kütləvi informasiya vasitələrinə, siyasi partiyalara və dövlət başçılarına çox böyük təsir imkanlarının olduğunu vurğulayan Politoloqlar Klubunun rəhbəri bildirib ki, bəzən dövlət başçıları və siyasətçilər bu təsir imkanından özlərinin maraqlarına uyğun olaraq istifadə edilməsində maraqlıdırlar:

“Ukraynanın yeni prezidenti Vladimir Zelenski çox düz hərəkət edib. Çünki Ukraynada prezident seçkilərindən sonra hakimiyyətə Zelenski gəlib. Parlament seçkiləri də payızda keçiriləcək. Prezident seçkiləri ilə parlament seçkilərinin arasında 6 ay fərqin olması siyasi sistemin funksionallığına zərbədir. Buna görə ki, hər kəsin başı seçkilərə qarışır və siyasi idarəçilik bir kənarda qalır.

Eyni zamanda da bu gün Vladimir Zelenski hakimiyyətdədir, amma parlamentdə Zelenskinin heç bir siyasi partiyası və siyasi dəstəyi yoxdur. Parlament seçkiləri keçirilməlidir ki, ölkədə kimin hansı tərəfdə olduğu anlaşılsın.

Bu Zelenskinin ilk addımlarından biridir. Onun sonrakı addımlarını zaman göstərəcək. Artıq Ukraynanın tanınmış milyarderi və Petr Poroşenkonun əsas rəqibi Kolomoyski də Ukraynana qayıdıb.

Zaur Məmmədov: “Əsas olan Ukrayna Rusiya münasibətlərində nələrin baş verəcəyidir”.

Ukraynada əsas problem ölkədə kök salmış oliqarxik və korrupsiyalaşmış sistemdir ki, oliqarxlarla mübarizə aparmaq çox çətin məsələdir. Hələ heç bir Ukrayna prezidenti bunun öhdəsindən gələ bilməyib. Ukraynada oliqarxların kütləvi informasiya vasitələrinə, siyasi partiyalara və dövlət başçılarına çox böyük təsir imkanları var. Bəzən dövlət başçıları və siyasətçilər bu təsir imkanından özlərinin maraqlarına uyğun olaraq istifadə edilməsində maraqlıdırlar.

Ukraynada digər məsələ Krım və Donbas məsələsidir. Düzdür Zelenski deyir ki, mən Krımı qaytaracam. Amma Zelenski bunun yaxın illərdə baş verəcəyini də istisna edib. Bu məsələ ötən həftə Pompeo və Putin, Pompeo və Lavrov arasında olan görüşdə müzakirə edilməyib.

Zaur Məmmədov: “Ötən həftə Pompeo və Putin, Pompeo və Lavrov arasında olan görüşdə Krım və Donbas məsələsi müzakirə edilməyib”.

Düşünürəm ki, Zelenski bir neçə çağrışla üz-üzə qalacaq. Bu çağrışlar oliqarix sistem ilə siyasi sistemin koordinasiyalı fəaliyyəti, Ukraynanın daxilində olan qütbləşmə ola bilər. Təbii ki, çox qütbləşmə siyasi sistemin və cəmiyyətin dayanıqlığı üçün çox böyük mənfi fəsadlar göstərə bilər. Həmçinin Ukraynanın Şərqi, Donbas və s. ilə bağlı danışıqların hansı qismdə getməsindən söhbət gedəcək.

İndiki dövrd Avropa İttifaqı, ABŞ və Ukrayna münasibətləri sabitdir. Əsas olan Ukrayna Rusiya münasibətlərində nələrin baş verəcəyidir. Yeni sima ilə Putin arasında görüşün keçirilməsini də mən istisna etmirəm”.

Əhəd Məmmədli: “Zelenski keçmiş prezident Poroşenkonun parlamentdəki səs çoxluğundan narahatdır və bu maneəni ortadan qaldırmaq istəyir”.

Yeni prezidentin köhnə parlamenti özünə təhlükə hesab etməyini təbii hal kimi qəbul edən politoloq əlavə edib ki, yeni parlament seçkilərinə Zelinski öz siyasi bloku, partiyası ilə gedib orada da qalib gəlmək istəyir:

“Yeni prezident, yeni parlamentlə işə başlamaq istəyir. Bu da onun hüququdur. Parlamenti buraxmaq Prezidentin səlahiyyətlərindədir. O da, bu səlahiyyətlərindən istifadə etdi. Demokratik seçkilər düşünmürəm ki, yeni qarşıdurmaya səbəb olsun. Sivil, şəffaf seçkilərdə qarşıdurmaya ehtiyac qalmır.

Görünən odur ki, yeni prezident Zelenski keçmiş prezident Poroşenkonun parlamentdəki səs çoxluğundan narahatdır və bu maneəni ortadan qaldırmaq istəyir. Onsuz da keçirilən sorğular Poroşenko blokunun parlament şanslarını o qədərdə yüksək olmadığını göstərir.

Əhəd Məmmədli: “Keçirilən sorğular Poroşenko blokunun parlament şanslarını o qədərdə yüksək olmadığın göstərir”.

Fikrimcə, Zelenskidə bu fürsətdən istifadə edib köhnə iqtidarı qanunverici orqandandan da etmək istəyir. Yeni prezidentin köhnə parlamenti özünə təhlükə hesab etməyi təbiidir. Yeni parlament seçkilərinə Zelenski öz siyasi bloku, partiyası ilə gedib orada da qalib gəlmək istəyir. Ağıllı və gözlənilən gedişdir.

Parlamentin dəstəyini almaq yeni prezident üçün önəmlidir. Bu dəstəyidə indiki parlamentlə almaq mümkünsüz olduğu üçün Zelenski yeni parlament seçkilərinə getməyə qərar verdi”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...