Cümə axşamı, 27 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Avropada millətçilik və populizm zamanı...

Avropa Parlamenti seçkiləri: Avropada qloballaşmaya qarşı başlayan milliyətçi yüksəliş bu seçkilərdə özünü göstərəcək...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 20 may 2019-cu il

Bu həftə Avropa Birliyi (AB) ölkələrində seçki həftəsidir. BREXİT ertələndiyi üçün İngiltərə də daxil olmaqla, 28 AB ölkəsi 23-26 may tarixlərində Avropa Parlamenti (AP) öz millət vəkilini seçəcək. Bir turdan ibarət olacaq seçkilərdə üzv olan ölkələrin hər biri AP-yə öz əhalisinin nisbətinə əsasən müəyyən olunmuş sayda millət vəkili göndərəcək.

Avropa Parlamentindəki millət vəkilləri ölkələrə görə deyil, siyasi qruplara görə bölünürlər. AP seçkilərində bu il 8 qrup iştirak edəcək:

Avropa Xalq Partiyası (EPP), Sosial Demokratlar (S&D), Avropa Mühafizəkarları və Reformistlər (ECR), Avropa qrupu üçün Liberallar və Demokratlar İttifaqı (ALDE), Avropa Birləşmiş Solu - Skandinav Yaşıl Solu (GUE/NGL), Yaşıllar/Avropa Azadlıq Birliyi, Azadlıqlar Avropası və Birbaşa Demokratiya (ELDD), Millətlər və Azadlıqlar Avropası (ENL).

Fransanın Strasburq şəhərində yerləşən Avropa Parlamentində qrup yaratmaq üçün ən azı 25 millət vəkilinə ehtiyac var.

Yaşıl işıq milliyətçilər üçün yanmağa başlayır

Qlobalist neo-liberalizmin nümayəndəsi olan sağ və sol partiyalar gücdən düşərkən, milliyətçi, milli suverenlik tərəfdarı və qloballaşma əleyhinə olan partiyalar (ENL qrupu), görünür, AP-dəki millət vəkillərinin sayını ikiyə, hətta üçə qaldıracaqlar. Açıqlanan anketlərdə görünür ki, bu qrupun lideri 30-32% səslə parlamentə 23-24 millət vəkili göndərməsi gözlənilən Matteo Salvininin İtalya Şimal Liqasıdır. Onun ardınca 23-24% nisbətlə gələn fransız Marin Le Penin Milli Birlik Partiyasının isə 18-20 millət vəkili verməsi gözlənilir. Bu partiyaları da Almaniyadan AFD (Almaniya üçün Alternativ), Avstriyadan FPÖ (Avstriya Azadlıq Partiyası), İspaniyadan VOX, İngiltərədən UKİP (Birləşmiş Krallıq Azadlıq Partiyası) izləyir. Avropada qloballaşmaya qarşı başlayan milliyətçi yüksəliş bu seçkilərdə də özünü göstərəcək.

Fransada 34 qrup yarışacaq, amma anketlər ancaq 5 qrupun millət vəkili çıxara biləcəyini göstərir. Son anketlə də Le Penin Milli Birlik Partiyası 23,5%-lə birinci, Prezident Makronun Cümhuriyyət Yürüşü 22,5%-lə ikinci, Sarkozinin Cümhuriyyətçilər Partiyası 12,5%-lə üçüncü, Melankonun Təslim Olmayan Fransa Hərəkatı 9,5%-lə dördüncü, Yaşıllar 7%-lə beşinci və Sosial Demokratlar Sosialist Partiyası isə 5%-lə altıncı partiya olub.

AP-yə millət vəkili göndərə bilmək üçün partiyalar ən azı 5% səs toplamalıdırlar. Yuxarıdakı anket nəticələrinə əsasən, Fransız Sosial Demokratlarının vəziyyəti kritikdir. Aralarında kommunistlərin də olduğu 20-dən çox siyahının isə heç bir şansı yoxdur.

Referendum kimi

Fransada seçkilər Prezident Makronla Marin Le Pen arasında referenduma çevrilib. Makron bildirib ki, Le Penin milliyətçi Milli Birlik Partiyasının birinci olmaması üçün var gücü ilə çalışacaq.

Makron AB əleyhinə olan milliyətçi partiyalara qarşı mübarizə aparır. Xüsusilə, fransız Le Pen, italyan Salvini və macar Orbana qarşı olan ənənəvi Xristian Demokrat və Sosial Demokrat partiyalarına və liberallara çağırış edib ki, inkişaf etməkdə olan milliyətçi partiyaların qarşısını alsınlar.

Fransada “Sarı Jiletlilər” hərəkatı ilə zəifləyən və xalqın dəstəyini itirən Makron üçün bu seçkilərdə partiyasının birinci olması çox önəmlidir. Le Penin onu geridə buraxması Makronun iqtidarını çətinə sala bilər, həmçinin, Avropa Birliyinin lideri olmaq iddiasını da itirə bilər.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


loading...