Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Niyə İran azərbaycanlılarını eşidən yoxdur?

ABŞ və İran arasında gərginlik pik nöqtəyə yaxınlaşmaqdadır

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ərəb ölkələrinin təcili toplanmasını istəyib.

Regionda provokasiyalar istisna deyil. Bu arada, İran tarixində ilk dəfədir ki, İran azərbaycanlıları bu qədər sakit şəkildə prosesləri seyr edirlər. ABŞ İranla bağlı son hadisələrdə türk kartından istifadə etməməyə qərar verib. İran tarixində cəmi bir neçə onillik hakimiyyətdə olmuş fars- Pəhləvi sülaləsindən birilərinin hakimiyyətə gətirilməsi nəzərdə tutulub.

Oskar Uayld deyirdi ki, hər insan padşah kimi doğula bilər, amma onların çoxu sürgündə vəfat edirlər. Əli Rza Pəhləvi də bu kateqoriyaya aid oldu.
XX əsrdən -1925 ci ilə qədər İran adlı coğrafi məkanın rəhbərliyində, idarəçiliyində fasiləsiz olaraq türk sülaləri rəhbərlik etmişlər. Ən son isə, ən yuxarı kürsüdə Qızılbaşlar dövlətinin davamçısı Qacarlar sülaləsi ( 1786-1925) yer almışlar. 1925 ci ildə illər əvvəl hazırlanan plana əsasən hakimiyyətə farsların nümayəndəsi Əli Rza Pəhləvi gətirilir. Təxminən, düz yuz il əvvəl olduğu kimi, indi də regionda maraqlı olan qüvvələr ( Səudiyyə Ərəbistanı istisna olmaqla!!!) türklərə hakimiyyəti verməməkdə israrlıdırlar!
Yeri gəlmişkən, önəmli məsələ! 1813 və 1828 müqavilələri məhz Rusiya və Qacarlar dövləti ilə (Rusiya — İran müqaviləsi deməsək daha düzgün olar) bağlanmışdır.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

pia.az

Etiket: Zaur Məmmədov

Şərh yazın.

loading...