Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqın şiə milisləri:mümkün ABŞ-İran hərbi toqquşmasında onlar hara zərbə endirəcəklər? - Təhlil

İraq döyüş meydanına çevrilmək istəmir

Adnan Əbuzeyd

“Əl-Monitor”, 18.05.2019

İranABŞ səlahiyyətlilərinin kəskin ritorikasında rəsmi Bağdadın mövqeyi mükəmməl şəkildə aydınlaşıb: nə edirsiniz-edin, amma mənim bostanımda deyil. Yəni İraq döyüş meydanına çevrilmək istəmir. Amma İran dəstəkli hərbi qruplaşmalar amili nəzərə alınmaqla, məsələ bir qədər qaranlıqdır.

Tutalım, İraqda radikal şiə milisi olan “Hərəkat Hizbullah əl-Nücəba” uzun müddətdir ki, ABŞ qoşunlarının İraqdan çıxmasını tələb edir. İraqın Xalq Səfərbərlik Birləşmələri (“Həşdi-Şəabi”) özünü “Suriyaİraqdakı torpaqları və müqəddəs ziyarətgahları müdafiə etməyi hədəfləyən İslami müqavimət qrupu” olaraq təsnif edir. “Nücəba”nın İranın elit İslam İnqilabının Keşikçiləri Korpusu (İİKK) ilə əməkdaşlıq əlaqəsi var. Birləşmiş Ştatlar isə İİKK-ni terror təşkilatı elan edib.

ABŞ Dövlət Departamenti martın 7-də “Nücəba”nı ABŞ-ın qlobal terror təşkilatları siyahısına salıb. Bundan sonra ABŞ “Nücəba” və onun lideri Əkrəm Kəabiyə sanksiya tətbiq edib.

Buna görə də, “Nücəba” mayın 13-də “ABŞ-la qarşıdurmanı yalnız sionist birliyin bölgədən xaric edildikdən sonra dayandıracağ“ını açıqlayıb.

Bu və başqa təhdidlərə cavab olaraq Dövlət Departamenti mayın 15-də fövqəladə hallarda işləməyən ABŞ vətəndaşlarına İraqı dərhal tərk etmək əmri verib. Almaniya və Hollandiya İraqda hərbi təlimləri dayandırıb. Hər iki ölkənin müvafiq olaraq 169 və160 nəfərlik hərbi personalı İraqdan çıxarılıb.

Bununla belə, “Əsaib əl-Haqq” qrupunun təmsilçisi və “Sadiqun” blokundan parlament üzvü Naim Abudi deyib: “İraqda ABŞ-a qarşı hərbi hazırlıq yoxdur”.

Abudi əlavə edib: “Faktları qəsdən təhrif etmək cəhdi var. “Həşdi-Şəabi” fraksiyalarının dövlət nəzarətindən xaricdə fəaliyyət göstərdiyini və İraqdakı ABŞ təşkilatlarına hücum etməyə hazır olduğunu iddia edirlər”.

Digər tərəfdən, “Sadiqun” blokunu təmsil edən başqa bir millət vəkili – Həsən Salim mayın 9-da mətbuata açıqlamasında deyib: “İrana qarşı Vaşinqtonun şifahi hücumu İslam ölkələrinə birbaşa təhdiddir. İslam hərəkatlarının Birləşmiş Ştatlara qarşı olacağı həqiqətdir”.

İraq Media Rəsədxanasının siyasi analitiki Mahmud əl-Haşimi “əl-Monitor”a açıqlamasında bildirib: “Mövqelər dumanlıdır, amma İran hazırda iraqlı milislərin Birləşmiş Ştatlara qarşı hər hansı bir hərbi əməliyyat keçirməsini istəmir. Əksinə, söhbət strateji, ticari və təhlükəsizlik məsələsindən getdikdə, habelə uzun sərhədləri nəzərə alsaq, İran İraqı vacib tərəfdaş sayır”.

Haşimi əlavə edib: “İraqdakı fraksiyalar da iradələrin qarşıdurması ilə üz-üzədir. Birləşmiş Ştatların İraq baş naziri Adil Əbdülmehdi ilə yaxşı əlaqəsi var və onun hökumətini zəiflədə biləcək fəalları həvəsləndirməyə maraqlı deyil”.

“Nücəba” baş katibinin köməkçisi Nəsr əl-Şəmmari “əl-Monitor”a bildirib ki, “Nücəba” ABŞ-İran qarşıdurması ilə bağlı İraq hökumətinin mövqeyini nəzərə alır: “Digər bir diqqət isə budur ki, hökumət İraqdakı İŞİD-ə qarşı müharibədə ABŞ-la tərəfdaşlıq edir”.

“Həşdi-Şəabi”yə yaxın mənbələrə malik jurnalist Valid əl-Tai bildirib ki, “İranı əhatə edən qarşıdurmada həmişə “Həşdi-Şəabi”nin adı hallanır. Onu həmişə İrandan sifariş alan kimi göstərirlər. Lakin “Həşdi-Şəabi” milli maraqları nəzərə alacaq. Bəyanatlar heç də həmişə fəaliyyətlə üst-üstə düşmür”.

Bir çox İraq partiyası, xüsusilə də şiə olanlar, ABŞ-ın hücumuna məruz qalması halında İranı dəstəkləməyə çağırır.

Mayın 15-də İraqın iki təhlükəsizlik mənbəyi “Reuters”-ə bildirib ki, ABŞ kəşfiyyatı İran dəstəkli şiə milislərinin ABŞ qoşunlarının yerləşdiyi bazalara yaxın raket yerləşdirməsini aşkar edib.

İraq parlamentinin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü Əmmar Tuhmə deyib: “Bu, ABŞ-ın qorxularından yaranan iddialardır. İraqlı milislərin ABŞ maraqlarına qarşı hərbi əməliyyata müraciət etməsi ehtimalı yoxdur. Sadəcə İraq hökumətini Tehran və Vaşinqton arasında çətin vəziyyətdə qoymaq istəyən qüvvələr var”.

Analitik Fazil Əburaqif oxşar açıqlama verib: “İraqda ABŞ qüvvələrinə hücum ehtimalı gerçəkdən uzaqdır”.(Tərcümə: Strateq.az)

pia.az

 

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar