Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ehtimalı olan ABŞ-İran müharibəsi Ermənistana necə təsir edəcək?...

Siyasi şərhçi: “İstənilən halda ABŞ-İran müharibəsini Cənubi Qafqazda heç bir dövlət istəməz”

“Tehranla münasibət Ermənistan üçün çox önəmlidir. Çünki Ermənistan İrandan başqa Türkiyə və Azərbaycanla sərhəd qonşusudur ki, bu iki ölkəylə də münasibətlər bəllidir”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu ehtimal olunan ABŞ-İran müharibəsinin Azərbaycana və Ermənistana təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Getdikgə bütün dünya gündəminin əsas mövzuları sırasında yer almağa başlayan mümkün ABŞ-İran savaşının regiona, o cümlədən Cənubi Qafqaza, konkret halda Azərbaycana və Ermənistana təsiri də xüsusi maraq doğurmağa başlayıb. Artıq Rusiya hadisələrin inkişaf axarından ciddi narahatlığını ifadə edir. Kremldə bildirirlər ki, savaş başlasa, İrandan Qafqaza, Rusiyaya böyük köç başlanacaq.

Məhz bu fonda Kreml ABŞ-İran münasibətlərinin hərbi müstəvidə həll edilməsinə qarşı olduğunu bildirir. Amma görünən budur ki, məsələnin hərbi həll ehtimalı getdikcə artır. Xüsusən də Fuceyra limanında baş vermiş tanker partlayışları ABŞ-a savaşa başlamaq üçün yeni imkanlar qazandırır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin xahişi əsasında Fuceyra limanında baş vermiş tanker partlayışlarını araşdıran ABŞ hərbi ekspertləri özlərinin yekun nəticələrini açıqlayıb. Məlumata görə, hərbi ekspertlər partlayışın arxasında İran və onun dəstəklədiyi qrupların dayandığını bildirib. Ekspertlərin fikrincə, İran neft tankerlərinə hücum üçün partlayıcı qurğulardan istifadə edib.

Xatırladaq ki, Tramp rəhbərliyi, 8 May 2018-ci ildə, İran ilə 2015-ci ildə imzalanan nüvə razılaşmadan təktərəfli olaraq çıxdığını elan etdi. Buna İranın ballistik raket və regional fəaliyyətlərini səbəb göstərdi. Daha sonra İrana sanksiya tətbiqinə başladı. Aprel ayında isə İnqilab keşikçiləri korpusunu “Xarici terror təşkilatları” siyahısına saldı.

İran prezidenti Həsən Ruhani isə 8 Mayda ölkəsinin ABŞ-nın sanksiyalarına qarşı nüvə fəaliyyətinin yenidən başalaya biləcəyini açıqladı.

ABŞ artıq İrana qarşı işğal planı hazırladığını gizlətmir. ABŞ-İran probleminin Cənubi Qafqaza, xüsusən də AzərbaycanErmənistana təsirləri barədə PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğlunun fikirlərini öyrənib.

Azər Rəşidoğlu: “Qafqazda mühüm dövlət olan Azərbaycan bu gün ciddi diplomatik səylər göstərir ki, ABŞ-İran savaşına qarışmasın”.

ABŞ-İran müharibəsinin iqtisadi təsirləri barədə danışan siyasi şərhçi bildirib ki, Azərbaycanİranın birgə bölgə layihələri, birinci növbədə “Şimal-Cənub” layihəsi pozulacaq:

ABŞ-ın İrana qarşı işğal palnı hələ psixoloji təsirdir. Düşünürəm ki, bu iki nəhəng dövlətin müharibə etmə etimalı azdır. ABŞ bildirir ki, İran Fars körfəzində olan ölkələrdəki ABŞ hədəflərini vura bilər. ABŞ Körfəzə silah-sursat toplamalarını da belə əsaslandırırlar ki, İran vurmaq istəsə, ona cavab versinlər. Əslində isə İran belə bəyanat verməyib. Sadəcə olaraq ABŞ çalışır ki, İranı ciddi basqı altında saxlasın və beləliklə də, İran ABŞ-ın dedikləri ilə razı olsun.

Əgər ABŞ-İran müharibəsi baş verərsə, bu təkcə AzərbaycanErmənistana deyil, ümumilikdə bütün regiona təsirsiz ötüşməyəcək. Əlbəttə Azərbaycan istəməz ki, sərhədləri yaxınlığında müharibə, ordu savaşı olsun. Qafqazda mühüm dövlət olan Azərbaycan bu gün ciddi diplomatik səylər göstərir ki, ABŞ-İran savaşına qarışmasın.

Azər Rəşidoğlu: “Əgər bu savaş başlasa, İrəvan da İran qazından məhrum olacaq”.

ABŞ-İran müharibəsinin iqtisadi təsirləri barədə onu deyə bilərəm ki, Azərbaycanİranın birgə bölgə layihələri, birinci növbədə “Şimal-Cənub” layihəsi pozulacaq. Bu layihənin pozulması da indiki dövrdə Azərbaycanın maraqlarına heç uyğun deyil.

Amma onu da qeyd edim ki, əgər bu savaş başlayarsa, İrəvan da İran qazından olacaq. Tehranla münasibət Ermənistan üçün çox önəmlidir. Çünki Ermənistan İrandan başqa Türkiyə və Azərbaycanla sərhəd qonşusudur ki, bu iki ölkəylə də münasibətlər bəllidir. İstənilən halda ABŞ-İran müharibəsini Cənubi Qafqazda heç bir dövlət istəməz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar