Bazar, 18 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Gürcüstanda keçirilən seçkilər başa çatıb

Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkilər başa çatıb

ONA-nın Gürcüstan bürosundan verilən məlumata görə, ölkə üzrə ümumilikdə 410 seçki məntəqəsində keçirilən seçkilərin nəticələri əsasında Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları, aralıq parlament seçkilərində isə Tiflisin Mtatsminda rayonunun majoritar dairəsindən deputat müəyyənləşəcək.

Azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edib. Bunlardan 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir. Namizədlərdən 4-ü azərbaycanlıdır - Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu pariyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Mərkəzi Seçki Komissiyası səsvermə ərzində prosedur qaydalarının pozulması ilə bağlı ölkə üzrə ən çox şikayətin Zuqdidi və Marneuli rayonlarından qəbul edildiyini bildirib.

İlkin nəticələrin yaxın saatlarda açıqlanması gözlənilir.

pia.az


Şərh yazın.

loading...