Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ömür yolu yarıda qırılan sənətçilər, məşhurlar...

Növbəti yazımızda dünyasını həm vaxtsız dəyişmiş, həm də faciəli sonluqla bitirmiş sənətçilərdən, sənətkarlardan bəhs edəcəyik

Sənətçi, sənətkar ömrü və taleyi çox çətin, çox mürəkkəb, ziqzaqlı və bir çox hallarda kədərli olur...

Yaşlarının, sənətlərinin, səhnə həyatlarının, coşub-daşdıqları yaradıcılıq enerjilərinin ən gözəl çağlarında bir anın içindəcə həyatdan köçməli, bu fani dünyaya birdəfəlik əlvida deməli olurlar...

Bir çoxları isə hətta bu həyatdan, bu fani dünyadan çox faciəli şəkildə, keçirdikləri ağır qəza hadisələri, ağır cərrahi əməliyyatlar zamanı dünyaya gözlərini əbədilik yumurlar...

Ağadadaş Qurbanov

Hamımızın “Arşın mal alan” filmindən çox yaxşı tanıdığımız Soltan bəy rolunun ifaçısı, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri, Xalq artisti, həmçinin, Xalq artistləri Hamlet Qurbanovla Gülşən Qurbanovanın atası Ağadadaş Qurbanov səhnəmizi, sənət dünyasını vaxtsız və faciəli şəkildə tərk edən sənətkarlarımızdandır...

Belə ki, “Arşın mal alan” filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyana qastrola gedir və bu qastrol böyük sənətkarın faciəli ölümünə səbəb olur. Qızı Gülşən xanımla qaldıqları mehmanxananın eyvanına çıxan sənətkar qəfildən eyvanın uçması nəticəsində övladı ilə birlikdə yerə düşür, zərblə yerə çırpılır və aldığı ağır zərbədən Ağadaş Qurbanov dünyasını dəyişir, Gülşən xanım isə xəsarət alsa da, ölümün eşiyindən dönür. Amma o da sonra qardaşı Hamlet kimi dünyadan vaxtsız və erkən köçür.

25 iyun 1965-ci il tarixində, cəmi 54 yaşında faciəli şəkildə həlak olan Ağadadaş Qurbanov Bakıda, Fəxri xiyabanda dəfn olunur.

Səxavət Məmmədov

Özünəməxsus səsi, bənzərsiz, heç kimi təkrarlamayan ifa tərzi ilə seçilən, qısa zamanda hər kəsin rəğbətini qazanan, sevimlisinə çevrilən müğənni, xanəndə Səxavət Məmmədov. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan, ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənən, 1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olan, yaratdığı “Qarabağ” instrumental ansamblı ilə incəsənət, mədəniyyət tarixinə düşən böyük sənətkar...

Ancaq Səxavət Məmmədovun da səhnə, sənət həyatı uzun çəkmir, xanəndə 1991-ci il sentyabrın 30-da ağır avtomobil qəzasına uğrayaraq, cəmi 38 yaşında faciəli şəkildə dünyasını dəyişir.

Qeyd edək ki, Səxavət Məmmədov tanınmış xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

Nəzakət Məmmədova

Gözəlliyi, təkrarsız ifası ilə könülləri, qəlbləri ovsunlayan Nəzakət Məmmədova...

Səhnəyə, efirə çıxması ilə bir anadaca məşhurlaşan, populyarlaşan sənətkar...

Qısa müddətdə bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil edən, özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerjisi ilə hamının sevimlisinə çevrilməyi bacaran, xüsusilə, keçmiş sovetlərin qadağalarını aşaraq, səhnədə, efirdə sərbəstliyi ilə seçilən ünlü ifaçı...

Səhnədə, efirdə xoşbəxt, gülərüz görünməsinə baxmayaraq, Nəzakət xanımın ömür yolu, həm də taleyi çox kədərli, çox faciəli olur. Belə ki, çoxları tərəfindən sevilən, seçilən müğənni onun tanıyanların dediklərinə görə, həyat yoldaşı tərəfindən demək olar ki, hər gün döyülür-söyülür. Bir axşam əri onu yenə möhkəm döyür, hətta baş-gözünü belə partladır. Harayına çatan anasıyla bacısı Nəzakəti ər evindən götürüb birdəfəlik öz evlərinə aparırlar. Həmin hadisədən sonra Nəzakətlə həyat yoldaşınını yolları birdəfəlik ayrılır.

Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Deyilənlərə görə, onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilər olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.

Nə yazıq ki, oğlunu böyütmək Nəzakətə qismət olmur. Müğənni 7 yaşlı oğlunu anasız qoyaraq bu dünyaya birdəfəlik əlvida deyir. Nəzakət Məmmədovanın ölümündən sonra haqqında hətta indiyə qədər belə səngimək bilməyən şaiyələr yayılır. Bəlkə də şaiyələrin yaranmasına ailədə bir-birinin ardınca baş verən qəfil ölümlər səbəb olur. Belə ki, Nəzakət Məmmədovadan sonra anası vaxtsız vəfat edir. Daha sonra oğlu Ceyhuna sahib çıxmış “Mükafat” ləqəbli bacısının həyat yoldaşı avtomobil qəzasında həlak olur. Şaiyələr ayaq-tutub yerisə də, gerçək bu idi ki, Nəzakət Məmmədova girdiyi plastik cərrahiyyə əməliyyatından sağ çıxmamışdı. Bunu həm Nəzakət Məmmədovanı yaxından tanıyan sənətkarlar, həm də öz doğmaları təsdiq ediblər.

Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik, həm də cavan olmasına baxmayaraq, boğazının altında yaranmış qırışlar müğənnini hər zaman narahat edirmiş. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur, qırışlar onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarına gəlir. Buna görə də Soçidə bu əməliyyatı həyata keçirə biləcək həkim tapır. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan, əslində isə “manikür” ustası olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir.

Lakin əməliyyat zamanı bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Nəzakət Məmmədovanın 36 yaşında faciəli ölümünə səbəb olan həmin cəllad “həkim” isə törətdiyi cinayət əməlinə görə Krasnodar məhkəməsi tərəfindən azadlıqdan məhrum edilir...

Nəzakət Məmmədovanın təkbaşına, minbir əzab-əziyyətlə böyütdüyü oğlunu isə yuxarıda qeyd etdiyimiz kimi, xalası öz himayəsinə götürüb böyüdür, evləndirir. Evlənəndən sonra Ceyhunun bir qızı dünyaya gəlir. Ceyhun qızına anası Nəzakətin adını verir və beləcə Nəzakət Məmmədovaya nəvəsinin timsalında yenidən həyat bəxş edilir. Ancaq nə yazıq ki, nəvə Nəzakət Məmmədova da nənəsinin nakam taleyini yaşayır. Oxuduğu institutdan evə qayıdanda, Nəzakətin olduğu maşının üstünə ağac aşıb düşür. Və beləcə nəvə Nəzakətin də çox gənc yaşında həyat kitabı yarımçıq qalır. Qızının dərdinə dözə bilməyən Ceyhun da 43 yaşında vaxtsız dünyasını dəyişir.

Rafiq Babayev

Azərbaycan musiqisində, estradasında özünəməxsus dəsti-xətti olan tanınmış bəstəkar, pianoçu, məşhur cazmen, böyük sənətkar Rafiq Babayev...

Rafiq Babayev 1936-ci il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləyən Fərzi Babayevin ailəsində dünyaya göz açır. Ancaq cəmi bir ildən sonra üzünü, simasını belə görüb, tanımağa macalı olmadığı atasından ayrı düşməli olur, daha doğrusu, 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilir. Bundan sonra həm balaca Rafiqin, həm də ailəsinin ağır, əzablı günləri başlayır. Rafiqin anası Şahbəyim xanım 6 övladını - Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq və Armanusanı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Ancaq həyatın bütün zorluqlarına rəğmən, sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınır, xüsusilə də, Rafiq Babayev...

Lakin Rafiq Babayev də yaşının, yaradıçılığının ən gözəl vaxtlarında faciəli şəkildə dünyasını dəyişən sənətkarlar sırasındadır. O, 1994-cü ilin martın 19-da erməni ekstremistlərinin “sadvalçı”larla birlikdə Bakı metrosunda təşkil etdiyi qanlı terrorun qurbanı olur. Metroda törədilmiş partlayış nəticəsində Rafiq Babayev 58 yaşında həyatla vidalaşır.

Çox qəribədir ki, mart ayı onun olum, həm də ölüm tarixi olur. Martın 31-də dünyaya gələn sənətkar 58 il sonra eyni ayda, 12 gün fərqi ilə, martın 19-da qanlı terrorun qurbanına çevrilərək, bu fani dünyaya birdəfəlik əlvida deyir.

Xeyransa Məmmədova

Çox kiçik yaşlarından, ötən əsrin 70-ci illərinin sonları, 80-ci illərin əvvəllərindən ulduzu parlayan yeniyetmə, gənc və istedadlı sənətçi...

Bülbül” adına məşhur məktəbin şagirdləri arasında hər kəsdən öz bənzərsiz səsi və ifası ilə seçilən, “Ana Kür” mahnısına böyük sənətkar Gülağa Məmmədovdan sonra ikinci nəfəs gətirən, onun hamıya sevdirməyi bacaran Xeyransa Məmmədova...

Ancaq onun da sənhə, sənət həyatı, taleyi çox çəkmir. Deyilənlərə görə, gənc sənətçi yaşadıqları evin həyətində bir pişiyin qəfildən onun üzərinə atlaması ilə qorxu, stress keçirir və nəticədə səhhətində ciddi problemlər yaranır. Gənc Xeyransa xanım şəkər xəstəliyinə tutulur.

Həkimlər onun ailə qurmasına, xüsusilə, övlad dünyaya gətirməsinə razı olmurlar, bunun onun səhhəti, taleyi üçün çox riskli olduğunu bildirirlər. Lakin ailə sahibi, ana olmağı çox istəyən, hətta, səhnədən ayrılmağı belə üstün tutan Xeyransa Məmmədova ölümü də gözə alır. Müğənni çox erkən yaşda, cəmi 29 yaşında, 1995-ci ilin 2 iyun tarixində övlad dünyaya gətirən zaman dünyasını dəyişir.

Eyvaz Həsənov

Tanınmış, illərin sənətçisi olan müğənni Təranə Vəlizadənin həyat yoldaşı və duet ortağı olan Eyvaz Həsənov...

Ötən əsrin 70-ci illərinin sonları, 80-ci illərinin əvvəllərində hər kəsin heyranlıqla efirlərdən, sənhədən izlədiyi, daim əl-ələ tutaraq, birgə ifa etdikləri mahnıları, özünəməxsus ifaları ilə seçilən məşhur cütlük...

Lakin bu cütlüyün də ömür, tale, səhnə xoşbəxtliyi uzun çəkmir. 1983-cü ildə çox cavan yaşlarında Eyvaz Həsənov faciəli şəkildə dünyasını dəyişir. Avtomobil qəzası onun da həyatına son qoyur. Bu ölümdən sonra çox şey dəyişir, Təranə xanım uzun müddət səhnədən uzaq düşür...

Təranə xanım illər sonra mətbuata verdiyi azsaylı müsahibələrindən birində isə bunları deyir:

“Onunla Asəf Zeynallı adına Dövlət Musiqi texnikumunda oxuyan vaxt tanış olmuşdum. Kasıb ailənin oğlu idi. Mən isə kübar, imkanlı ailənin qızı idim. Evimiz “Araz” kinoteatrının üstündə, Fəvvarələr Meydanının yanında idi. Mən onu seçdim, sonra bərk alışdım. Daxili aləmi zəngin idi, fəlsəfi ağlı var idi. Universitetin filologiya fakültəsinin rus bölməsini bitirmişəm. Hərdən özüm də cızma-qara edirdim. Onun yazdıqlarının yanında yazılarımı gizlətdim. Qulaq asın:

Ölüm yaxşılara qıymayaydı kaş,
Zəhləm gedir onun qurd xislətindən
Bilsəydi ki, kimi aparır, qardaş.
Ölərdi ölüm də xəcalətindən...”

Samir Qasımov

“Əhməd, haradadır?” filmindən şofer Əhməd obrazı ilə əbədilik yaddaşlarda iz buraxan tanınmış aktyor, Əməkdar artist Elxan Qasımovun istedadlı oğlu-gənc sənətçi, rejissor Samir Qasımov...

İstedadı, intellektuallığı ilə gənc sənətçi həmkarlarından seçilməyə bacaran Samir Qasımov...

Amma Samirin də böyük arzularla yol aldığı sənhə, sənət həyatı, ömür yolu uzun çəkmir, yarıda qırılır. Bir neçə ilə öncə Azərbaycanın Cənub bölgəsindən qayıdarkən, yaşadığı ağır avtomobil qəzası gənc və istedadlı sənətçinin sonu olur. Samir cəmi 32 yaşında faciəli şəkildə dünyasını dəyişir.

32 yaşında dünyasını dəyişən rejissorun futbola da uşaq yaşlarından böyük marağı olub. O, uşaqlıq dostu, daim məhəllədə birlikdə futbol oynadığı, sonradan peşəkar futbolçu olan və bir çox futbol və futzal klublarımızda çıxış edən Samir Məmmədova həsr etdiyi və “mən futbolu sevirəm, çünki bu oyun bir incəsənət növüdür”, sözləri ilə başlayan videonu hətta, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində kiçik həcmli futbola aid filmlərin festivalına göndərir.

Hazırda “Marafon” futzal klubunun prezidenti olan Samir Məmmədov isə mətbuata açıqlamasında sabiq dostu ilə bağlı bunları deyib:

“Samir Qasımov çox gözəl və çox mərd oğlan idi. Uşaqlıqdan birlikdə böyümüşdük, futbolla nəfəs alırdı.

Şəxsən mən ondan çox şey gözləyirdim. Təkcə mən yox, çox adam gözləyirdi.

Çox istedadlı, iddialı oğlan idi. Vaxtsız aramızdan getdi. Allah rəhmət eləsin”.

Allah rəhmət etsin! (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar