Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ilə İran arasındakı bənzərlik - Yeni bir ərəb-fars müharibəsi başlayır...

Bu, bir həqiqətdir ki, bu günə qədər ABŞ-İran gərginliyindən həmişə İran qazanclı çıxıb…

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə

ABŞ-İran arasındakı yeni güc şousu nə vaxta qədər davam edəcək? ABŞ-la İran arasında müharibə baş verə bilərmi? Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ-dakı neo-con sağçıların təhrikləri ilə İrana qarşı böyük bir müdaxilə başlaya bilərmi? Belə bir vəziyyətdə Türkiyədən şimali Afrikaya, Pakistandan Somaliyə qədər bütün regionda nə cür hadisələr baş verə bilər?

Bunlar heç də bəsit suallar ya da ehtimallar deyil. Nəticədə, bütün regionu məhv etməyi nəzərdə tutan bir plan var.

İslamı öz içindən çürüdüb müsəlman cəmiyyətləri üzərində yeni bir müstəmləkəçi qəyyumluq dönəmi başlatmaq istəyirlər. Həmçinin, dünyanın əsas istiqamətini təşkil edən “Müsəlman Orta Nəsli” tamamilə nəzarət altına alınarsa, Qərb üçün yenidən qlobal hakimlik şansı yaranacaq.

ABŞ müdaxilə edib, İran qalib gəlib - İsrail ilə İran arasındakı bənzərlik

Qısa müddət ərzində İrana açıq şəkildə hücum etmək istəməzlər.

Sanksiyalardan sonra daha ağır hücumlar başlaya bilər və İranı içəridən çökdürməyə çalışa bilərlər. Amma İranı işğal etmək hazırkı qlobal vəziyyətdə elə də mümkün deyil.

Bu, bir həqiqətdir ki, bu günə qədər ABŞ-İran gərginliyindən həmişə İran qazanclı çıxıb. ABŞ-ın bölgəyə etdiyi müdaxilələr İranı deyil, İranın düşmənlərini zəiflədib. Əfqanıstanın və İraqın işğalı hər iki ölkəni də məhv edib. Amma İranın geosiyasi cəhətdən genişlənməsinə böyük imkan verib və düşmənlərini də zəiflədərək məhv edib.

İraqın işğalı barədə danışıqlar gedərkən İran bu ölkə üzərindəki hakimiyyətinə və nəzarətinə görə günahlandırılıb. Dolayısı ilə, ABŞİran heç vaxt açıq şəkildə mübarizə aparmayıb.

İran və İsrail bölgədə toqquşma yaradan ölkələrdir. Hər ikisi də bu toqquşmalardan və gərginlik siyasətindən qazanclı çıxıb. Çox qəribədir ki, bu iki ölkə yer üzündəki ən azğın düşmənlər kimi görünsələr də, heç bir zaman açıq şəkildə üz-üzə gəlməyiblər. Həmişə təşkilatlar üzərindən, dolayı yollarla mübarizə aparıblar.

120 min əsgər nə üçün göndəriləcək?

ABŞ-ın bölgəyə 120 min əsgər göndərəcəyi barədə xəbərlər yayılıb. Trampın cavabı hələ tam bilinmir, vaxtı gələndə başa düşərik. Bəs bu hazırlıqlar nədir?

Açıq şəkildə vurmaq əvəzinə, İranın daxilində müəyyən bölgələrə hücum edəcəyi gözlənilir. Xüsusilə də, nüvə təsisatlarını. Iranda hazırlıq içindidəri və bu hazırlığın hədəfi hücumdan sonra İranda və Suriyadakı milisləri və digər ölkələrdəki təşkilatları vasitəsilə ABŞ-ın zərbələrinə qarşılıq verməklə bağlıdır. İndiki vəziyyət budur. Buna görə də, ABŞ, Almaniya, Hollandiya kimi ölkələr İraqdakı nümayəndələrini geri çəkməyə başlayıb.

İslam vətəndaş müharibəsi, “qiyamət müharibəsi”, vəliəhdin xəyanəti

Lakin həm neo-conlar, həm də Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ın hərbi qüvvəsini İrana yönləndirməyə çalışır. Əslində bu qüvvələrin hər biri “Qiyamət Müharibəsi” istəyir. Bölgəyə tamamilə yayılacaq olan bu müharibə nəticəsində müsəlman cəmiyyətləri tarixi prosseslərdən kənarlaşdırılacaq və bəlkə də, 100 il özünə gələ bilməyəcək. Buna görə də, vəziyyət olduqca ağırdır.

İslam vətəndaş müharibəsində ABŞ və İsrail olduqca uğurlu bir üsuldan istifadə edir. Təşkilatlar qurur, müsəlmanlardan istifadə edir, dövlətlərə nəzarət edir və aralarında toqquşma yaradır. Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanı və BƏƏ-li Məhəmməd ibn Zaidi nəzarət altına alıb yeni bir şey sınaqdan çıxardırlar.

İki vəliəhd, iki ölkə: Xaçlı hücumunun nişançısıları

“Tanrını qiyamətə məcbur etmək” ssenarisi, heyif ki, bu gün Səudiyyə Ərəbistanı və BƏƏ üzərindən təqdim olunur. Hər iki ölkə də evangelist xaçlı zehniyyətinin nümayəndələri halına gəliblər. Məkkə və Mədinəyə nəzarət edən bu iki ölkə vəliəhdlər üzərindən nəzarət altında tutularaq xaçlı Müharibələrinin nişançılarına çevriliblər.

Səudiyyə Ərəbistanı və BƏƏ-yə baxsaq görərik ki, ABŞ və İsrail bütün qüvvəsi ilə İrana hücum etməli və ərəbləri bu təhlükədən xilas etməlidirlər. Çünki onlara deyilib ki, ən böyük təhdid İran olacaq. İran da öz hərəkətləri ilə buna zəmin yaradıb. Elə indi əsl ssenari başlayır.

Yeri gəlmişkən, bu günə qədər İranı təhdid kimi göstərən ölkələr, artıq Türkiyəni bir təhdid kimi qələmə verirlər.

Bu, ərəb-fars müharibəsinə hazırlıqdır

1991-dək baş verən Körfəz müharibəsi ərəb-fars savaşı idi. Ərəblər məğlub olmuş, İran isə İraqı nəzarət altına almışdı. Ərəb-fars sərhəddi İran-İraq sərhəddindən Suriya-İordaniya sərhəddinə qədər uzanmışdı. Son Suriya müharibəsi də məhz ərəb-fars savaşı idi. Bu ölkədə təsirli olan İran İsrailin sərhədini tutub. İran, həmçinin, Yəmən üzərindən də Səudiyyə Ərəbistanını sıxışdırmağa başlayıb.

Bütün bu müharibələr və geosiyasi hesablaşmalar ərəb siyasi düşüncəsinin korluğu üzərindən təqdim edilib. Hamısında Səudiyyə Ərəbistanı böyük ölçüdə günahkardır. Ərəb torpaqları Səudiyyə Ərəbistanının rəhbərliyi ucbatından yavaş-yavaş işğal olunur.

Səudiyyə Ərəbistanına çox böyük tələ qurulub

İndi bu siyasi korluq, bəlkə də, böyük səhv etmək üzrədir. Yeni bir ərəb-fars müharibəsi olacaq. Əvvəl əsas məqsədlər ölkə səviyyəsində idi. Lakin bu dəfə regional səviyyədə müharibəyə hazırlıq gedir. Ərəblərlə farsları toqquşduracaqlar, sonra da kənara çəkilib ərəblərin də, farsların da çöküşünü izləyəcəklər. Bacarsalar, bu müharibə, bəlkə də, 10 il davam edəcək.

Bütün bu hadisələrə münasibətim belədir: Tələ Səudiyyə Ərəbistanı üçün qurulub. Məhv etmək planı o ölkəyə yönəlib. Bu, «Himayə edərək məhv et» siyasətidir.

Səbəb budur. Çünki Məkkə də, Mədinə də Səudiyyə Ərəbistanındadır! Çünki qarşımızda gələcəyə doğru 100 illik bir plan var.

Türkiyənin apardığı mübarizəni əvvəlcə belə bir vəziyyət içərisində dəyərləndirmək lazımdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar