Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "2019-cu ildə ən gəlirli sahə turizm olacaq"

2019-cu ildə ən gəlirli sahə turizm olacaq

Bunu Trend-ə iqtisadçı Elman Sadıqov deyib.

Ekspertin sözlərinə görə, turizm sahəsində olan boşluqlar, xüsusilə də xidmət sektorunda peşəkarlara duyulan ehtiyac bu sahəyə investisiya yatıranlara böyük gəlir gətirə bilər: “Kiçik və orta miqyaslı hostel, iki ulduzlu hotel, həmçinin 10-20 otaqlı qonaq evləri açmaqla turizm sahəsinə daxil olmaq və yüksək xidmətlə turist, qonaq cəlb edib qazanc götürmək mümkündür. Əsas məsələ gələn turisti razı salmaq və müsbət imic yaratmaqdır. Belə olduqda gəlirlər də artacaq”.

E.Sadıqov bildirib ki, turizm dövlət üçün prioritet təşkil edən sahələrdəndir: “Bununla çox adam məşğul ola bilər. Xidmət sektorunda orta seqmentə daxil olan obyektlərin sayı azdır. Söhbət restoran və kafelərdən gedir. Burada daha çox lüks seqment 5 ulduzlu otellər, bahalı restoranlar fəaliyyət göstərir. Xidmət sektorunda orta seqmentin tələblərinə cavab verən iaşə obyektlərinə ehtiyac var”.

İqtisadçının fikrincə, gəlir üçün kənd təsərrüfatı sahəsinə də üz tutmaq olar, lakin bu, ağır və gərgin əmək tələb edir: “Aqrar sahədə peşəkar olmaq vacibdir. Kənd təsərrüfatına pul qoyub kənarda durmaq doğru deyil. O pulun necə itirilməsini sərmayəçi özü də müəyyən edə bilməz. Kənd təsərrüfatı spesifik sahədir. Bu sahəyə bələd olmadan investisiya yatırmaq risk tələb edir. Bu sahə mənfəətlidir, bir şərtlə ki kənd təsərrüfatı ilə peşəkar insanlar məşğul olsun”.

E.Sadıqov vurğulayıb ki, hazırda gəlirli sahələrdən biri də ailə biznesi hesab olunur: “Malayziyadan tutmuş Yaponiyaya qədər, Tayvan, İndoneziya və bu kimi ölkələrdə ailə biznesləri böyük müvəffəqiyyət qazanıb. Hazırda Avropada tanınan böyük brendlərin əksəriyyəti kiçik ailə biznesindən yaranıb. Bu mənada ölkəmizdə ABAD layihəsi həyata keçirilir və bu, olduqca müsbət bir haldır. Düşünürəm ki, hər bir vətəndaş ABD mərkəzlərinə müraciət edərək öz kiçik ailə biznesini qura bilər. Bu, bəsit səslənsə də, olduqca vacib məsələdir”.

Ekspert əlavə edib ki, hazırda populyar sahə sayılan kriptovalyutalara investisiya yatırmaq riskli ola bilər:

“Əgər kiməs maliyyə bazarlarında kriptovalyutalara investisiya yatırmağı düşünürsə, ehtiyatlı olmalıdır. Bu sahədə itki riski də böyükdür”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar