Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
pia.az