Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyanın vitse-kansleri istefa verib

Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe barəsində yayılan qalmaqallı videoya görə vəzifəsindən istefa verib

ONA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, H. Ştraxe bildirib ki, Avstriya Azadlıq Partiyası həmin qalmaqallı videoda adıçəkilən rus qadından yardım almayıb: “Mən bu xanımı cəmi bir dəfə tətil zamanı yeməkdə görmüşəm, ondan sonra mən onunla əlaqə saxlamamışam və onu görməmişəm. Eyni zamanda partiyadan da heç kəs həmin qadınla əlaqə yaratmayıb”.

Mətbuatda çıxan yazıları “siyasi qətl” adlandırran Ştraxe bazar günü Avstriya Azadlıq Partiyasının sədri postundan da istefa verəcəyini bəyan edib. O, bu vəzifənin Avstriyanın nəqliyyat naziri Norbert Hoferə keçəcəyini bildirib.

Bu gün Avstriyanın federal kansleri Sebastian Kurtsun baş verənlərlə bağlı mətbuata açıqlama verəcəyi gözlənilir. Kanslerin məlum videodan sonra Avstriya Azadlıq Partiyası ilə ittifaqı davam etdirməyəcəyi və yeni seçki elan edəcəyi ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə çəkildiyi bildirilən həmin videoda h. Ştraxenin Alyona Makarova adlı rus qadınla söhbəti zamanı parlament seçkiləri üçün maliyyə yardımı alınmasından bəhs edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İntihar edən sabiq pediatrın iş yoldaşı: “Təzə rəhbərlik xətrinə dəyib” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar