Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əhmədov: "Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır"

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda sənaye istehsalında və kənd təsərrüfatında artım tempi yüksəlməkdədir. Ən başlıcası isə ölkənin xəzinəsinə daxil olan vəsaitlərin artması nəticəsində əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atılıb: "Ölkə Prezidentinin imzaladığı sərəncamlar nəticəsində Azərbaycan vətəndaşlarının müxtəlif kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən artımlar olub. Minimum əmək haqqının 40 faizə qədər artırılması təxminən 600 min vətəndaşımızın əmək haqqının artmasına təsir göstərib. Eyni ilə də minimum pensiyanın təxminən 40 faiz artması nəticəsində 600 min nəfərə yaxın təqaüdçünün aldığı pensiyanın məbləği əhəmiyyətli dərəcədə artıb".

Ə. Əhmədov deyib ki, artırılan pensiyalar, əmək haqları, müavinətlər bütövlükdə 3 milyona yaxın Azərbaycan vətəndaşını əhatə edir: "Ölkədə 2 milyon yarıma yaxın ailə var. Azərbaycanda bu artımlardan hər bir ailə bu və ya digər dərəcədə fayda görə bilib. Beləliklə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır. Təbii ki, prezidentin açıq şəkildə bəyan elədiyi kimi, bu, son artımlar deyil , Azərbaycanın iqtisadiyyyatı artdıqca, imkan yarandıqca bundan sonra da həm maaşların, həm pensiyaların artırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Daha sonra tədbir qapalı şəraitdə davam edib.(ONA)

pia.az


Etiket: Əli Əhmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar