Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb
Nəticədə 6 nəfər, o cümlədən polis əməkdaşı xəsarət alıb.
Bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Partlayış nəticəsində kişi hadisə yerində ölüb. 5 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – deyə polis bildirib.
Yaralılardan ikisi bank işçisi olub. /Report
pia.az