Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

“Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir tikib təhvil veriə bilmir

PİA.AZ xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən sakin Fuad İsmayılzadə bildirib ki, Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən, 2012-ci ildə tikintisina başlanılan və 3 ilə təhvil verilməsi nəzərdə tutulan binada işlər hələ də tamamlanmayıb:

“Bina Nazirlər Kabinetinin sifarişi ilə onun əməkdaşları üçün tikilib və mənim atam həmin qurumda işlədiyi üçün biz də endirimli qiymətlə oradan mənzil almışıq. Amma 2017-ci ildən bəri binada işlər dayanıb, Fövqəladə Hallar Nazirliyi bir neçə dəfə binanı təhvil götürmək üçün gəlib və yoxlayıb, işlər tamamlanmadığı üçün sənəd verilməyib. Binada 4 lift var, 3-ü ümumiyyətlə işləmir, biri də tez-tez xarab olur, balkonların şüşələri qoyulmayıb və kommunikasiya ilə bağlı başqa işlər qalıb. 2017-ci ildən sonra isə demək olar ki, ümumiyyətlə, işlər dayanıb”.

Həmin binanın tikintisi üzrə layihə rəhbəri Qurban Əhmədov bildirib ki, hazırda binada görülən işlərin ekspertizası ilə bağlı Fövqəladə Hallar Nazirliyindədir: “Binada işlər davam etdirilir, təxminən 95 faiz iş görülüb, xırda işlər qalıb. Daxili kommunikasiya xətləri çəkilib, onların ana xəttə birləşdirilməsi qalıb. Binada bəzi mənzillərdə yaşayış var, bəzilərində yoxdur. Binaya köçən sakinlər kommunal xətlərdən istifadə edirlər. Bu ilin sonuna kimi binanın tam təhvil verilməsi nəzərdə tutulub”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar