Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran hərbi toqquşmada maraqlı deyil”

İran regionda gərginliyin artmasında və hərbi toqquşmada maraqlı deyil

Bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxtirəvanc deyib.

ABŞ Prezidenti Donald Trampın jurnalistlərin “Müharibə olacaqmı?” sualına “Ümid edirəm yox” cavabı verdikdən sonra M.Təxtirəvanc da İranın müharibə istəmədiyini bəyan edib.

Konqresin nümayəndələr palatasının spikeri Nensi Pelosi isə bildirib ki, Ağ evin Konqresin icazəsi olmada hərbi əməliyyatlara başlamaq hüququ yoxdur. ABŞ konstitusiyasına əsasən qanunverici orqan razılıq verməsə, Prezident, ali baş komandan hərbi əməliyyatların başlaması haqqında əmr verə bilməz.

“Reuters” xəbər agentliyi qeyd edir ki, ABŞ Prezidentinin köməkçiləri başda Con Bolton olmaqla müharibə tərəfdarlarıdırlar. Onlar hərbi-sənaye kompleksinin nümayəndələri olaraq ölkəni müharibəyə cəlb edib təmsil etdikləri şirkətlərin qazanclarını artırmağa çalışırlar. Əslində isə müharibə nəinki ABŞ-ın maraqlarına cavab vermir, əksinə ziddiyyət təşkil edir.

Xatırladaq ki, ötən gün İranın Ali Rəhbəri və silahlı qüvvələrin baş komandanı Ayətullah Əli Xamneyi də bildirib ki, İran ilə ABŞ arasında müharibə olmayacaq.

Hərbi gəmiləri Fars körfəzinə göndərməklə ABŞ İrana psixoloji təsir göstərməyə çalışır. Buna cavab olaraq İranın regionda silahlı qüvvələrini möhkəmlətməsi tərəflərin müharibəyə hazırlığı kimi görünür. Lakin hər iki tərəf müharibənin arzuolunmaz nəticələr verəcəyini anlayırlar. D.Trampın İranı yenidən danışıqlara başlamağa çağırması da təsadüfi xarakter daşımır. (AzərTAc)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar