Cümə axşamı, 20 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Qazaxıstan uran hasilatı üzrə dünya lideridir

İndi də nüvə dövləti olacaq

Qazaxıstan uran ehtiyatlarına görə, dünyada ikincidir, uran hasilatı üzrə isə dünya lideridir. 2018-ci ildə respublikada 21,6 min ton uran hasil olunub. Bu barədə mayın 15-də Nur-Sualtan şəhərində ölkənin energetika nazirinin müavini Aset Maqaurov xəbər verib.

«Biz, hasilat üzrə dünyada birinci yerdəyik, ötən il 21,6 min ton uran hasil etmişik. Ümumilikdə isə resurs bazasının genişləndirilməsi üzrə böyük perspektivimiz var. Milli şirkət qarşısında tam yanacaq siklinin yaradılması tapşırığı durur. Çinli həmkarlarımızla hazırda Ust-Kamenaqorskdə yanacaq yığımı zavodu tikilir» - deyə, nazir müavini bildirib.

Onun sözlərinə görə, artıq cari ildə zavod istismara veiləcək. «Bu arada Ulbinsk zavodunda artıq çinli həmkarlar üçün «həb»lərin istehsalına başlanıb. Bundan başqa, milli nüvə mərkəzində bizim tədqiqat reaktorumuz var. Orada müxtəlif materialların radiasiya təhlükəsizliyi istiqamətində tədqiqatlar aparılır. Bu məsələyə bizim beynəlxalq həmkarlarımız yaxından cəlb olunur» – Maqaurov əlavə edib.

O, həm də zəif zənginləşdirilmiş uran bankı (ZZUB) barədə danışıb – bank artıq bu il fəaliyyətə başlayacq: «ZZUB-a gəlincə, bu, heksaftorid-urandır. O, bütün yanacaq reaktorlarında istifadə olunmaq üçün yarayır və MAQATE-nin çətiri altında öz zamanında bizimlə saziş imzalanıb, yanacaq alınması üçün MAQATE tərəfindən maliyyə ayrılıb, sponsorlar – bu layihənin iştirakçıları 150 milyon dollar veriblər.

Qazaxıstan isə öz tərəfindən Ulbinsk metallurgiya zavodunun meydançasını təklif edib. Texniki baxımdan artıq hər şey hazırdır. Əgər, dünyanın harasındasa hansısa bir atom stansiyası bazarda yanacaq ala bilməməsi səbəbilə dayanarsa, o zaman bizim xidmətimizdən yararlana bilər – bizdən zəif zənginləşdirilmiş uran ala və onu «tabletka»ya çevirə bilər. Bundan sonra isə «yanacaq yığımı»dan keçirib, özünün atom reaktorunu yükləyə bilərlər» – nazir müavini qeyd edib.

Maqaurov bildirib ki, zəif zənginləşdirilmiş uran texniki baxımdan nüvə silahı hazırlamaq üçün yaramır – o, dinc məqsədlər üçün nəzərdə tutulub.

Bu günlərdə yayılan başqa bir xəbərdə isə deyilir ki, Qazaxıstan artıq nüvə dövləti olmaq qərarına gəlib. Ölkənin eks-prezidenti Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstan nüvə materialından ancaq dinc məqsədlər üçün istifadə edəcək.(AzPolitika.info)

pia.az

 


Şərh yazın.

loading...