Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana aid yanacaq tankeri Sədərək-Dilucu sərhəd məntəqəsində partladıldı

Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək-Dilucu sərhəd keçid məntəqəsində ötən gün baş vermiş partlayışa dair yeni təfərrüatlar məlum olub

Virtualaz.org xəbər verir ki, rəsmi “Anadolu” agentliyi Azərbaycan dövlət nömrə nişanlı yanacaqdaşıyan tankerin İran tərəfdən açılan atəş nəticəsində partladığını bildirir. Məlumata görə tanker Dilucu gömrüyünün dayanacağında park halında olarkən İran tərəfdən terrorçular maşına atəş açıb. Nəticədə tanker alovlanıb və bütün müdaxilələrə baxmayaraq tamamilə yanaraq sıradan çıxıb.

Türkiyə Dilucu Sərhəd Qapısından bildirilib ki, hadisə cümə axşamı günorta saatlarında baş verib. Dilucu Sərhəd Qapısının adının çəkilməsini istəməyən məmuru BBC News Azərbaycancaya hadisəni "terror hücumu" kimi qiymətləndirib və deyib ki, ilk öncə tankerə atəş açılıb.

"Hadisə nəticəsində bir əməkdaşımız yaralıdır, ancaq vəziyyəti yaxşıdır", o deyib.Əməkdaşın sözlərinə görə, atəş açanın tək, ya çox adam olduğu bəlli deyil, hadisə yerində polis araşdırma aparır.

Xatırladaq ki, Türkiyənin İğdır vilayəti ilə həmsərhəd İran bölgələrində PKK-nın qolu olan PJAK terrorçuları fəaliyyət göstərir.

* * *

Türkiyənin Naxçıvan muxtar respublikası ilə sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan dövlət nömrə nişanlı yanacaq tankeri yanıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dilucu gömrük müdirliyinin dayanacağında gözləyən tanker qəfildən alovlanıb. Bu zaman partlayış baş verib və qəlpə bir gömrük əməkdaşını yaralayıb. Yaralı xəstəxanaya aparılıb. Alovların qıza zamanda böyüməsi səbəbindən dayanacaq boşaldılıb, hadisə yerində çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Yana maşın söndürülüb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar