Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu il qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 69,1 faiz təşkil edib"

Vergi sistemində dəyişikliklərin baş verməsi nəticəsində şahidi olduq ki, könüllü vergi ödəmələrinin həcmi artır

Bunu Vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, 2018-ci ilin birinci rübünün sonunda vergi plan proqnozuna nisbətən yığılan vəsaitin həcmi təxminən 150 milyon manat olduğu halda, cari ilin ilk dörd ayı nəticəsində bu rəqəm 200 milyon manatdan çoxdur:

“Bunun əsas səbəbi vergi qanunvericiliyinin çərçivəsinin dəyişməsidir. Dəyişikliyin əsas səbəbi vergi yükünün azaldılması ilə paralel olaraq, qanunvericilikdə nəzərdə tutulan bütün güzəştlərin tam həcmdə tətbiq edilməsidir. 2019-cu ilin yanvarın 1-dən bizim qanunvericilikdə bir çox aparıcı yanaşmalar öz əksini tapdı. Vergi yükünün azalması, xüsusilə də qeyri-neft sektorunda fəaliyyət göstərən muzdlu işçiyə aiddir”.

Mikayıl Cabbarovun sözlərinə görə, vergilər sahəsində həyata keçirilən islahatlar öz nəticələrini verir.

“Ticarət sektoru üzrə dövriyyə təxminən 24 faiz, pərakəndə ticarətin dövriyyəsi təxminən 35 faiz artıb. İctimai iaşədə dövriyyə 15 faiz yüksəlib”.

Vergilər naziri bildirib ki, qeyri-neft sektorunda qeydiyyatdan keçən əmək müqavilələrinin sayı ilin 4 ayında 58 min artıb:

“2019-cu ilin birinci rübünün rəqəmlərinə baxsaq, görərik ki, qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 69,1 faizdir. Bu həyata keçirilən işlərin nəticəsidir. Onu da unutmamalıyıq ki, qeyri-neft sektoruna xüsusi vergi güzəştləri verilib. Vergilər nazirliyi olaraq yeni iş yerlərinin açılması, sərmayələrin qoyulması kimi meyilləri də çox müsbət qiymətləndiririk”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar