Bu günədək ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 mlrd. dollar investisiya yatırıb.
Bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, öz növbəsində Azərbaycan ABŞ iqtisadiyyatına 8,2 mlrd. dollardan çox investisiya yatırıb.
"Hesab edirik ki, bu göstəricilər bizim iqtisadi sahədə əməkdaşlığın potensialını tam əks etdirmir və bu rəqəmlər daha yüksək ola bilərdi", - deyə nazir bildirib.(ONA)
pia.az