Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq nazir bahalı traktorlar satır

Yeni şirkətini prezidentə təqdim etdi

İsmayıllı hadisələrinə görə işdən çıxarılan Fizuli Ələkbərov  “Massey Ferguson”un Bakıdakı təmsilçisidir

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı yenidən medianın gündəminə gəlib. Belə ki, mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgisi ilə tanış olanda sərgidə məşhur “Massey Ferguson” şirkətinə məxsus texnikanı ölkə başçısına Füzuli Ələkbərov təqdim edib. Modern.az-ın xəbərinə görə, eks-nazir “Massey Ferguson” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.

“Yeni Müsavat” bildirir ki, “Massey Ferguson” şirkəti 1953-cü ildə kanadalı kənd təsərrüfatı maşınları istehsalçısı Massey Harris və British Ferguson şirkətinin birləşməsi ilə yaradılıb. 1958-ci ildə “Massey Ferguson” adı ilə tanınır. Eyni ildə ilk üç qırmızı-ağ üçbucaqdan ibarət olan loqo ilk fəaliyyət göstərir. 1978-ci ildə müəssisə iqtisadi çətinliklərlə üzləşdiyi səbəbindən səhmlərin bir hissəsini satıb və bəzi istehsal zavodları bağlanıb. 1992-ci ildə Amerikanın AGCO firması “Massey Ferguson”un kənd təsərrüfatı avadanlıqlarının Şimali Amerika bazarlarında satışına başlayıb. 1994-cü ildən isə istehsal tamamilə AGCO Korporasiyasının nəzarəti altındadır. Beləliklə, şirkətin müasir adı “AGCO-Massey-Ferguson”dur. Dünyada “Massey Ferguson” markası altında işləyən traktorların sayı 6 milyondan çoxdur. Qiymətlərinə gəlincə, bu traktorların çox bahalı modelləri də var.

Füzuli Ələkbərova gəlincə, o, 3 fevral 1958-ci ildə Naxçıvan MR-in Culfa rayonunun Saltaq kəndində anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsini, 1990-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsini bitirib.

Əmək fəaliyyətinə 15 avqust 1980-ci ildə Şəki rayonunun Qoxmuq kənd orta məktəbində müəllim kimi başlayıb. Sonralar Şəki şəhər komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1987-1991-ci illərdə “Sputnik” Beynəlxalq Gənclər Turizm Bürosunda sədr vəzifələrində çalışıb.

1992-2006-cı illərdə “İmproteks” Şirkətlər Qrupunun prezidenti olub. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü olub. 1996-cı ildən Azərbaycan Cüdo Federasiyasının prezidenti olub. Məlumatlara görə, bu vəzifəsindən uzaqlaşdırılıb. 1993-cü ildən YAP-In üzvüdür.

Azərbaycan prezidentinin 7 fevral 2006-cı il tarixli 1277 nömrəli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Yada salaq ki, Füzuli Ələkbərov oğlu Vüqar Ələkbərovun yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmuşdu.

Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov

Belə ki, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunda (həmin vaxtı İsmayıllının icra başçısı olan Nizami Ələkbərov Füzuli Ələkbərovun qardaşı idi – red.) Vüqar Ələkbərov “Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb.

Rayon sakinləri buna mane olmağa çalışsa da, V.Ələkbərov və dostları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlər həmin şəxsləri döyüb və Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar. Bu hadisə ölkədə ciddi rezonans doğurmuş, nəticədə nazirin özü və həmin rayonun icra başçısı olan qardaşı tutduğu vəzifədən azad olunmuşdu.(“Yeni Müsavat” )

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar