Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdlibdə yüksələn gərginlik: Əsl müharibə daha “dərin”dədir

İdlib kəşfiyyat qurumlarının savaş səhnəsinə çevrilib...

Tunca Bengin,
“Milliyet” qəzeti, Türkiyə, 16 may 2019-cu il

İdlibdə artan gərginliyin görünən və görünməyən 2 səbəbi var: biri RusiyaSuriya rejiminin bölgədə əhatəli əməliyyat keçirmək istəməsi, digər isə bölgədəki terror təşkilatları ilə münasibətdə olan MKİ, MOSSAD, MI-6, Fransa, Almaniya və Səudiyyə Ərəbistanının gizli servislərinin etdiyi manipulyasiyalar.

Dolayısı ilə, Türkiyə İdlibdə hərbi, diplomatik və kəşfiyyat xarakterli, çətin bir vəzifəni həyata keçirir. Üstəlik, nəzərə almaq lazımdır ki, Türkiyədən başqa heç kim sülh yönümlü bir həll yolu axtarmır. Buna görə də, İdlibdə təzyiqin necə düşəcəyini və əgər düşsə, nə qədər stabil qalacağını bilmək olmur. Həmçinin, bölgədəki terror təşkilatlarından istifadə edən MKİ və MOSSAD başda olmaqla, ölkənin gizli servisləri yeni qaranlıq planlar qurur.

Bunun necə baş verdiyini Baş Qərargah Kəşfiyyat Xidmətinin əvvəlki rəhbəri və təqaüddə olan general-leytenant İsmail Hakkı Pekin izah edir:

ABŞ kəşfiyyatı, Avropa və bölgənin gizli servisləri İdlibdəki bütün təşkilatlardan istifadə edir... Üstəlik, Türkiyə ilə radikal ünsürlər arasında bir münasibət qurmağa da çalışırlar. Bəllidir ki, Türkiyədən oraya tədarük edildiyini və radikallara kömək göstərildiyini deyə bilərlər. Türkiyəni terror təşkilatları ilə iş birliyi qurmaqda günahlandıra bilərlər. Bu işi də ABŞAvropa siyasətçiləri ortaya atır. Yəni bu işi kəşfiyyat təşkilatları təşkil edəcək, amma bunu ABŞAvropa siyasətçiləri elan edəcək. Həm də bu işi o qədər qısa bir müddət ərzində edə bilərlər ki, Türkiyə çox pis vəziyyətdə qala bilər. Yəni Türkiyə bir gün Şərqi Aralıq dənizi kimi, Kipr kimi çox kritik problemlə məşğul olarkən bir anda İdlibdə kəşfiyyat təşkilatlarının çıxardığı problemlərlə daha çox məşğul olmaq və oraya daha çox qüvvə göndərmək məcburiyyətində qala bilər. Hətta toqquşma bir anda Türkiyəyə də daxil ola bilər."

Bəs bu, necə olacaq?

“Qərbin kəşfiyyat təşkilatları onsuz da Rusiyanı o bölgədə hərəkat keçirməyə məcbur edirlər. Türkiyə ilə Rusiyanın arasını pozmağa çalışırlar. Bu səbəbdən, kəşfiyyat təşkilatlarının bu cür manipulyasiya xarakterli planı qarşıdakı günlərdə Türkiyənin həm Rusiya ilə, həm də Qərblə olan münasibətlərinin pozulmasına gətirib çıxara bilər”.

İdlibdə kəşfiyyat təşkilatları arasında, sözün əsl mənasında, müharibə baş verdiyini deyən Pekin, həmçinin, bildirir:

“Milli Kəşfiyyat Təşkilatının (MİT) insan kəşfiyyatı məsələsində gördüyü çox böyük işlər var. Yəni İdlibdəki müxbirlər vasitəsilə bölgəni nəzarətdə saxlayır. Bölgədə bunu çox təsirli şəkildə etməsi ilə bağlı örnəklər var. Beləliklə, MKT bu insan kəşfiyyatı məsələsini daha gücləndirməlidir”.

Onda belə çıxır ki, dünyanın öndə gedən gizli servislərinə qarşı MİT tək başına mübarizə aparır?

"MİT də daxil olmaqla, bütün servislərin bir-birləri ilə əlaqəsi var. Bütün servislər bir-birləri ilə görüşür, məlumat mübadiləsi aparırlar. Bəzən bir-birinin ayağının altını qazmağa çalışır, amma nəticədə hər zaman əməkdaşlıq etməyə servis tapa bilərsiniz. Bir kəşfiyyat təşkilatı həm əməkdaşlıq edə bilər, həm də qarşı tərəfə bir şey qarşılığında istədiyini etdirə bilər. Həmçinin, mübarizə sahəsi bizim bölgəmizdir və biz orada 7-8 ildir ki, çalışırıq. Əlbəttə ki, MKİ-nin imkanları ilə qarşılaşdırsaq, MİT-in çatışmazlıqları var. Lakin bu, bir reallıqdır ki, bölgəni yaxşı tanıdığına və insan kəşfiyyatının üstünlüklərinə görə müharibəni çox yaxşı şəkildə idarə edir. Digər bir reallıq isə odur ki, bu müharibə hər keçən gün daha da artacaq”.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar