Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avroviziya-2019”un ikinci yarımfinalı başladı

Yarışma hazırda birbaşa olaraq İTV-nın efirində canlı yayımlanır

İsrailin paytaxtı Tel-Əviv şəhərinin Expo Mərkəzində sayca 64-cü, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə bütün Avropanın diqqətini cəlb edən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başladı.

Sözügedən yarışma hazırda birbaşa olaraq İTV-nın efirində canlı yayımlanır. Bu gecə 18 ölkənin təmsilçiləri finala vəsiqə qazanmaq üçün mübarizəyə başlayıb.

Bu gün ki ikinci yarımfinalda Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Hollandiya, Şimali Makedoniya, Azərbaycan çıxış edəcək.

Yuxarıda qeyd edilən ölkələr ilə yanaşı həmçinin böyük beşlik ölkələrindən Böyük Britaniya, İtaliya, Almaniya təmsilçiləri ifalarını təqdim edəcəklər.

Bununla yanaşı gecəni daha da yadda qalan və rəngərəng etmək üçün“Shalva Band” musiqi qrupunun ifası təqdim olunacaq, eləcə də illuzionçu Lior Suxard mistik şousunu sərgiləyəcək.

Nəzərinizə çatdıraq ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.

Ötən gün münsiflər heyəti artıq öz səslərini bu gün çıxış edəcək iştirakçıların səs hesabına əlavə ediblər. Onların verdikləri səslər ümumi nəticənin 50 faizini təşkil edir.

Bukmeykerlərin proqnozlarına əsasən, ən çətin və gərgin mübarizə məhz ikinci yarımfinalda yaşanacaq. Birinci yarımfinaldan fərqli olaraq, ikinci yarımfinalda təmsilçilərin ifa və səhnə şousu baxımından güclü olması buna zəmin yaradıb.(Oxu.az)

 

pia.az


Etiket: Eurovision-2019

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar