Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan milli komandasının heyəti açıqlanıb

Azərbaycan milli komandasının Macarıstan və Slovakiya yığmaları ilə keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlanıb

 

PİA.AZ-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç qarşıdakı ev oyunlarına 27 futbolçu dəvət edib. Onlardan Bəhlul Mustafazadə ilk dəfə, Renat Dadaşov isə uzun müddətdən sonra əsas yığmaya çağırılıb.

Milli üzvləri hazırlıq prosesinə mayın 19-da başlanacaqlar. Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar. 21 may saat 18:15-də “Bakcell Arena”da baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı təşkil olunacaq.

Macarıstanla görüş iyunun 8-də, Slovakiya ilə qarşılaşma isə iyunun 11-də "Bakcell Arena"da keçiriləcək. Hər iki görüş saat 20:00-da başlanacaq.

Milli komandanın heyəti:

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Maqomedaliyev ("Qarabağ")

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi Hüseynov ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Bəhlul Mustafazadə ("Qəbələ")

Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov ("Neftçi"), Əli Babayev ("Sumqayıt"), Aleksey İsayev ("Sumqayıt"), Dmitri Nazarov ("Ertsgebirge Aue", Almaniya), Rəşad Eyyubov ("Sabah")
Hücumçular: Mahir Emreli ("Qarabağ"), Namiq Ələskərov ("Neftçi"), Araz Abdullayev ("Qarabağ"), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen Münster", Almaniya), Mirabdulla Abbasov ("Neftçi"), Renat Dadaşov ("Eştoril", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar