Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin bu supertəyyarədən 76 vahid sifariş verir...

Rusiya prezidenti Vladimir Putin ötən gün Həştərxan yaxınlığındakı Axtubinsk şəhərində yerləşən sınaq poliqonunda bir sıra yeni silah nümunələrinə baxıb

Putinin təyyarəsini Axtubinskə uçuşda Rusiyanın 5-ci nəsil Su-57 qırıcıları müşaiyət edib.

Virtualaz.org xəbər verir ki, Rusiya prezidenti bu təyyarələri idarə edən pilotlarla söhbətləşib. Ona məlumat verilib ki, Su-57 hazırda dünyada bənzəri olmayan aviasiya döyüş kompleksidir.

Putin jurnalistlərə bildirib ki, Rusiya ordusu üçün bu təyyarələrdən 76 vahid sifariş veriləcək. Bir şərtlə ki, istehsalçı zavod təyyarələrin maya dəyərini artırmasın. O, müvafiq müqavilənin yaxın vaxtlarda imzalanacağını bildirib. “Kommersant” yazıb ki, müqavilənin dəyəri 170 milyard rubl yaxın ola bilər. Bu isə Su-57 qırıcılarını buraxan “Birləşmiş aviainşaat korporasiyası” üçün rekord sifariş olacaq.

Hazırda müəssisə Su-57 qırıcılarının 10 vahid prototipini hazırlayıb, yaxın iki ildə Rusiya Müdafiə Nazirliyinə 16 belə təyyarə təhvil verilməlidir.

Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, 76 vahid Su-57 qırıcılarının alınması üçün vəsaitin mənbəyi məlumdur. “Rəqəm bəllidir, amma bu məxfi müşavirənin mövzusudur və açıqlanmır”-o deyib.

Su-57 qırıcıları son vaxtlar Rusiyanın nümayiş etdirdiyi bir neçə supersilahdan biridir. İndiyədək Rusiya hipersəs sürətli, yaxud Putinin dediyi kimi Atlantik okeanının qərb sahillərinə cəmi 30 dəqiqəyə çata bilən “Avanqard” qanadlı döyüş başlığı, suyun 1 kilometrdən çox dərinliyində saatda 200 kilometrdən yuxarı sürətlə şütüyən “Poseidon” nüvə başlıqlı torpedosu, hipersəs sürətli, “hava-yer” tipli “Kinjal” raketi və digər dağıdıcı silahlar nümayiş etdirib. Bu silahların bənzəri ABŞ-da mövcud deyil və nəticədə hesab edilir ki, Rusiya silahlanmada öz rəqibini bir neçə on illiyə qabaqlayıb. Bu da Rusiyanın hegemon mövqeyini gücləndirməyə imkan yaradır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar