Çərşənbə axşamı, 23 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

S-400-lər gəlmir, ABŞ işğala hazırlaşır və Türkiyə susur...

ABŞ istədiyi kimi bir situasiya yaradaraq İrana qarşı olan bir koalisiyanın əsasını qoyur

Cahid Armağan Dilek,
“Yeniçağ" qəzeti, Türkiyə, 15 may 2019-cu il

ABŞ Prezidenti kiçik Corc Buş 2003-cü ildə İraqın işğal olunması barədə danışarkən belə deyirdi: “İraq ərazisinə və enerji qaynaqlarına görə qlobal güc yarışının mərkəzindədir. Səddamın sahib olduğu dağıdıcı silahlar ucbatından bizim indi etdiyimiz işğal tamamilə qoruma məqsədlidir”.

İşğalın ən kəskin olduğu dönəmdə İraqda olan ABŞ əsgərlərinin sayı 150 minə çatmışdı. Koalisiyanın digər ortaqları ilə birlikdə 170 min olmuşdu. Eyni müddət ərzində xüsusi muzdlu əsgərlərdən ibarət silahlı özəl qüvvələrin sayı isə 180 minə yaxın idi.

İraqı milyonlarla ölü və yaralılarla dolduran, xaraba gününə salan ABŞ 2011-in sonlarında oradan geri çəkilmişdi. Amma bu, sonuncu geri çəkilmə deyildi.

Həmçinin, İraqda çökmüş sistemin dəstək verdiyi İŞİD 2014-ün iyununda Musulu işğal etmiş və bununla da ABŞ yenidən əraziyə qayıtmışdı. Nisbətən az qüvvəyə sahib idi, amma öz qoyduğu şərtlər sayəsində İraqda əsgərlərini yerləşdirə bilmişdi.

Bu dəfə də ABŞ İŞİD-i bəhanə edərək Suriyanın 1/3-ni işğal etmiş və PKK-YPG-yə təslim etmişdi.

2018-in dekabrında Tramp Suriyadan əsgərlərini geri çəkəcəyini dedikdə, bəlkə də, təkcə Türkiyədəki iqtidar buna inanmışdı. Digərləri isə şübhəli yanaşmış, hətta "ABŞ geri çəkilməz" deyənlər belə olmuşdu. Elə də oldu. Çünki Tramp geri çəkilməni şərtlərlə əlaqələndirmişdi. İsrailin etibarlılığı İranın öncəliklə Suriya, sonra isə İraqdan və Yəməndən geri çəkilməsindən asılı idi.

Bizim də ilk gündən bəri dəfələrlə xəbərdarlıq etdiyimiz kimi, ABŞ geri çəkilmədi və yenidən əsgərlərini oraya yerləşdirdi. Hətta, geri çəkilməyi bəhanə edərək oraya əlavə əsgər də göndərib. PKK/YPG-yə tez-tez təchizat və silah göndərməyə davam edib. Tramp bu həmləsi ilə Suriyada Türkiyə tərəfindən başlana biləcək yeni bir hərəkatın da qarşısını alıb.

Son zamanlarda ABŞ-la İran arasında nəzarət altında olan bir gərginlik var. Bu, əslində, ABŞ-ın yaratdığı psixoloji əməliyyatın başlanğıcıdır. Çünki ABŞ Orta Şərqdə hərəkat zəminini yenidən formalaşdırır.

İran ABŞ-dan hər an bir hücum gələ biləcəyini bəhanə edərək bölgəyə hərbi qüvvələr (təyyarə gəmisi, B-52 ağır bombardman təyyarələri, Patriot sistemləri və s.) göndərib. Əslində, bunların böyük əksəriyyəti gündəlik vəzifələrdir. İran onsuz da məsələni eynilə bu şəkildə şərh edib.

Körfəzdə BƏƏ-yə aid olan limanın yerləşdiyi sahillərdə 4 ədəd tankerə yönəlmiş hücum və ABŞ-ın “hücumda İrana aid izlər var” deməsi Amerika psixoloji əməliyyatının bir göstəricisidir.

Amerika mediasında çıxan xəbərlərə görə, ABŞ İrana qarşı bölgəyə təxminən 120 min əsgər göndərməyə hazırlanırmış. 6 trilyon dollar pul xərclədik, amma heç bir şey qazana bilmədik. "Əsgərlərimizi geri çəkəcəyik" deyən və Suriyadakı 3 min, Əfqanıstandakı 15 min əsgərini geri çəkəcəyini bildirən Trampın Orta Şərqə 120 min əsgər göndərəcəyini gözləmək hal-hazırda mümkün deyil.

Amma ABŞ bütün vəziyyəti özü müəyyənləşdirir. Hələ də İranla işləyə biləcəyini düşünən Avropaya mesaj göndərir, İranı da hər an vura biləcəyini, hətta işğal edə biləcəyini bildirir.

ABŞ istədiyi kimi bir situasiya yaradaraq İrana qarşı olan bir koalisiyanın əsasını qoyur. ABŞ, böyük ehtimalla, bundan sonra artıq böyük qüvvələrlə dəniz hərəkatına girişməyəcək. 2001-dən etibarən yeritdiyi hərəkatlardan çıxardığı nəticə budur. İŞİD-i bəhanə edərək İraqa və Suriyaya müdaxiləsi etməsi də bunu göstərir.

İranın sahib olduğu imkanlar nəzərə alındıqda ABŞ-ın çox sayda müharibə gəmisini Körfəzə yerləşdirməsi və İrana yaxın Körfəz ölkələrində toplanması açıq şəkildə İranın hədəfi olmaqdır.

Amma ABŞ Orta Şərqdəki rotasiya vəzifələrini çox daha böyük dəniz və hava qüvvələri ilə həyata keçirə bilər. Həmçinin, İraqda qurudakı hərbi bazasını bir az daha artıra bilər. İraq İranla mübarizə baxımından ABŞ üçün kritik bir mövqedədir. İranın Ərəbistan yarımadası və Suriya-Livanla fiziki rabitənin kəsilməsi baxımından önəmlidir.

Dolayısı ilə, ABŞ bölgədə İraq vasitəsilə yeni və təsirli bir qoruma işğalına başlayır. Eynilə Buşun etdiyi kimi.

ABŞ-ın bölgədə vəziyyəti formalaşdırarkən və koalisiyanın strukturunu yaradarkən yaxından əməkdaşlıq edəcəyi ölkələrdən biri də Türkiyə olacaq.

Son günlərdə çıxan xəbərlər göstərir ki, Türkiyə Suriyada ABŞ-ın planlarına daxil edilib. Suriyada etibarlı bölgə axtarışı vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə Türkiyəni dolayı yolla da olsa, görüşdürən ABŞ S-400 məsələsində də istədiyini etdirə bilib. Eyni zamanda, Öcalanın DİM-Suriya məsələsini vurğuladığı bir məktubun ortaya çıxması da maraqlı haldır.

Türkiyə artıq Suriya qarşı olan əməliyyatla bağlı heç nə demir. S-400 məsələsində xarici mediada çıxan xəbərləri inkar etmir. İyulda gələcəyi deyilən S-400-lərlə bağlı təlim keçirəcək insanlar da hələ göndərilməyib.

Yəni yanlış şəkildə idarə olunan, bir anlıq siyasi qərarla ABŞ-a qarşı çevrilən S-400 layihəsi Türkiyəyə qarşı bir silaha çevrilin və Türkiyə məğlub olub. Bu, hələlik guya ki, 2020-yə qədər ertələnib. Əgər təcili ehtiyac var idisə, niyə ertələnsin ki?

Qısası, S-400-lər gəlmir.

Gəlib çıxmayan S-400-lər ABŞ-Türkiyə krizisi ilə həll edə bilər, amma Türkiyədə təşəbbüskarlığını itirən iqtidarın xarici siyasəti başda Fəratın şərqi, İdlib və Şərqi Aralıq dənizində daha böyük problemlərə yol açır. Rusiya ilə pisə gedən münasibətlər haqqında isə, ümumiyyətlə, heç danışmayaq. Bunların ortaya çıxmasına Trampın "iqtisadiyyatınızı məhv edərik" tvitinin təsir etdiyini də unutmaq olmaz.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...