Bazar ertəsi, 19 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Azərbaycana mobil telefon idxalı artıb

Bu ilin mart ayında Azərbaycana 91 436 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub

Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Fevral ayı ilə müqayisədə idxalın artımı martda 15,5% təşkil edib. İdxal olunan məhsulların dəyəri mart ayı üzrə 11 376,7 min ABŞ dolları təşkil edib ki, bu da fevral ayının göstəricisi ilə müqayisədə təxminən 14% çoxdur.

"Bu ilin yanvar-mart aylarında isə ölkəyə 241 311 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 38,3% təşkil edib. İdxal olunan məhsulların dəyəri 29477,6 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəricisini 72,3% üstələyir", - deyə Komitədən bildirilib.

pia.az


Şərh yazın.

loading...