Bazar, 26 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Elxan Bəşirov 5 milyon dollarını necə “xilas edib”? - Batan “Texnikabank”dan...

“Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədrinin ağlagəlməz maxinasiyası...

“Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri (bir müddət öncə İdarə Heyəti sədrliyindən istefa verib-red.) Elxan Bəşirov 2016-cı ildə müflis elan edilərək bağlanan “Texnikabank”da batmaqda olan 5 milyon manatını olduqca maraqlı üsulla “xilas edib”.

Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, E.Bəşirov hələ 2015-ci ilin sonlarında bankın bağlanacağından məlumatlı olub. Elə həmin ərəfədə də bankdakı 5 milyon dollarını şirkətdə çalışanların adına depozitə “çevirib”. Bu zaman mövcud qanunvericiliyin tələblərini yaddan çıxarmayan Bəşirov hər işçinin adına 18 min dollar (30 min manat) olmaqla banka depozit yatırıb. “Texnikabank” müflis olduqdan sonra isə o, Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həmin pulları geri ala bilib.

Məsələ ilə bağlı mediada yer alan iddiaya görə, onun haqqında zaman-zaman mediada yazılan işçilərdən işə götürən zaman depozit alması, işçilərin əmlaklarını girov olaraq götürməsi, vergidən yayınma, şirkətdaxili texnikaların çoxunun oğurluq olması, xoşlamadığı işçini döydürməsi, ikili mühasibatlıq, istehsal etdiyi məhsulların erməni bazarlarında daha ucuz satılması, Lerik rayonunda narkotik plantasiyaları, qaçaqmalçılıq hətta cənab Prezidenti milyonların önündə aldatması, Əlikram Hümbətov haqda kitab yazdırması, Əlikram Hümbətovun maliyyə dayağı, Rəsul Quliyevin dostu, killerlərdən ibarət dəstə saxlaması kimi məsələlər heç də yanlış deyil:

“Bütün bunlarla bağlı heç bir tədbirin görülməməsi Elxan Bəşirovun toxunulmaz olduğunu göstərdi. Bəşirovun heç kimdə bir manatı belə bata bilməz. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, Bəşirovun adına “Texnikabank”da hesab açıb depozit yatırtdığı adamları bank bağlandıqdan sonra baş ofisin önündə aksiya keçirib bu pulları Əmanətlərin Sığortalanması Fondundan “Dəmirbank” vasitəsi ilə aldılar. Maraqlıdır ki, bu qədər pozuntuları aidiyyatı orqanlar ya görmürlər, ya da görməzdən gəlirlər”.

Qeyd edək ki, E.Bəşirovun şirkətin İdarə Heyəti sədrliyindən istefa verməsi növbəti parlament seçkilərində iştirak etmək istəyilə bağlıdır. Bu barədə artıq mediada da yazılıb.

Araşdırma zamanı o da məlum olub ki, E.Bəşirov yaxın vaxtlarda Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədrliyindən də istefa verəcək. Onun öz çevrəsində bu il növbədənkənar parlament seçkiləri keçiriləcəyi və onun da seçkilərdə iştirak edərək parlamentə “düşəcəyi”, bununla bağlı “lazım olan tədbirləri” gördüyünü dediyi barədə də məlumatlar var. E.Bəşirovla bağlı redaksiyamıza daxil olan məlumatları “Mətanət A” şirkətinin mətbuat xidmətinə ünvanlasaq da, müxtəlif bəhanələrlə cavabdan yayındılar. Qarşı tərəf bizdən pul müqabilində mənbəni soruşsa da, bunun jurnalist etikasına zidd olduğunu diqqətə çatdıraraq qəti surətdə imtina etdik.

P.S. – Elxan Bəşirov deputat olmaq üçün MM-in hansı komitə sədrinə 5 milyon manat verib?
– Lerik rayonunun Piran kənd sakinlərini kim və niyə döydürüb?
– Piran kəndində baş verən cinayətlərin üstünü kim ört-basdır edir?
– Elxan Bəşirovun qohumu Əliyev Mirzahid Əbüzər oğlunun şok ölüm səbəbi…
Deputat İqbal Məmmədovla Elxan Bəşirov arasında gedən qanlı münaqişənin bu və digər detalları haqda yaxın günlərdə ətraflı məlumat və fotolar saytımızda olacaq. Bizi izləyin…

Mənbə: cumhuriyyet.az

pia.az


loading...