Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana hazır gətirilən texnika yerli istehsal kimi təqdim olundu - Fotolar

İki gün əvvəl ilk dəfə olaraq Gəncə Avtomobil Zavodunda “E - 321” markalı elektrobusun istehsal olunması ilə bağlı mərasim keçirilib

Bu haqda xəbər ölkənin bütün media orqanlarında yayıldı. Mərasimdə çıxış edən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib ki, “Gəncə Avtomobil Zavodu” İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobuslar yığılaraq konveyerdən çıxıb. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.

Və əgər sifariş olarsa, “Gəncə Avtomobil Zavodu” İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir.

X. Fətiyevin böyük qürur hissi ilə təqdim etdiyi bu elektrobuslar haqda maraqlı məqam ortaya çıxıb. Təqdimatda elan olunub ki, maşınlar Gəncə Avtomobil Zavodunda yığılıb. Amma nəyi yığılıb, necə yığılıb bu haqda məlumat verilməyib.

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə isə əsildə, həmin elektrobusların yığılması heç də Gəncədə həyata keçirilməyib. Onlar hazır şəkildə Belarusdan Azərbaycaana gətirilib və yerli istehsal kimi ictimaiyyətə təqdim olunub. Hətta həmin elektrobusun qatar vasitəsi ilə Gəncəyə gətirilməsini özündə əks etdirrən fotolar da yayılıb.

Belə bir məqamda Azərbaycana hazır şəkildə gətirilən bir texnikanın Azərbaycan istehsalı kimi təqdim olunmasının arxasında nə dayanır? İctimaiyyəti aldatmaq kimə lazımdır?(yeni sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar