Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran gərginliyi neftin qiymətini 200 dollara çıxara bilər? - Ekspert 100 dolları aşacaq, deyir...

Bəzi analitiklərə görə ABŞ-İran gərginliyi nəticəsində, xüsusən Hörmüz boğazının bağlanması təhlükəsi neftin qiymətini 200 dollara qədər qaldıra bilər...

İqtisadçı-ekspert: “Çox tezliklə netfdə surətli qiymət artımı mümkündür. Amma bu iqtisadi və təməl prinsiplərə əsaslanan qiymət artımı olmayacaq. Bu hərbi və siyasi gərginlikdən qaynaqlanan, müvəqqəti qiymət artımı ola bilər”.

“Əgər İran, Venesuella və Liviyadakı gərginlik olmasaydı və həmin bu 3 ölkə dünya bazarına neft çıxara bilsəydilər, bu gün neftin qiyməti 50 dollardan da aşağı olardı”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-İran gərginliyi nəticəsində neftin qiymətinin 200 dollara qədər qalxacağı proqnozunu PİA.az-a şərh edərkən qeyd edib.

Son həftələrdə dünya neft bazarını tətikləyən proseslər ard-arda gəlməkdədir. Ötən ayın sonlarında ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalarla bağlı bu ölkədən neft alışına tətbiq olunan güzəşt müddətinin uzadılmayacağını bəyan etdi. Ardınca Tramp ABŞ-a idxal edilən bir qrup Çin mallarına rüsumun 10 faizdən 25 faizə qaldırılmasına dair qərar imzaladı. Eyni zamanda İranın dəmir, polad, alüminium və mis sənayesi sanksiyaya məruz qalan sahələr sırasına daxil edildi.

Daha sonra ABŞ mümkün İran təhdidinə qarşı ehtiyat tədbiri olaraq Fars körfəzi regionuna hərbi qüvvələrini cəmləməyə başladı. Beləliklə, dünya neft bazarının əsas tədarükçülərinin yerləşdiyi bölgədə hərbi qarşıdurma ehtimalı getdikcə artmaqdadır. Bu qarşıdurmaların mümkün meydanı kimi isə Hörmüz boğazı çıxış etməkdədir.

Bəzi analitiklərə görə ABŞ-İran gərginliyi nəticəsində, xüsusən Hörmüz boğazının bağlanması təhlükəsi neftin qiymətini 200 dollara qədər qaldıra bilər.

Çinlə və digər aparıcı dünya dövlətləri ilə ticarət müharibəsi aparan ABŞ-a neftin bahalaşması nələr vəd edir? Neftin bahalaşması Vaşinqtonun geosiyasi və geoiqtisadi maraqlarına nə qədər uyğundur?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Natiq Cəfərli: “Hərbi-siyasi gərginliklərə görə müvəqqəti olaraq neftin qiyməti arta bilər. Amma bu qalıcı qiymət artımı olmayacaq”.

Neftin qiymətinin artmasının ABŞ iqtisadiyyatına ziyan vura biləcəyini və siyasi narazılığın artmasına da səbəb ola biləcəyini düşünən iqtisadçı-ekspert bildirib ki, ABŞ avtomobil ölkəsidir. Neftin qiymətinin artması avtomatik olaraq benzinin də qiymətini qaldıracaq:

“Heç kim istəməz ki, bizə də yaxın olan bir bölgədə geniş müharibə təhlükəsi və ordular arasında toqquşmalar olsun. Amma belə bir ehtimal olsa, təbii ki, neftin qiymətində ciddi yüksəliş olacaq. Çünki Hörmüz boğazı və onun ətrafı olan İran, Səudiyyə, İraqda dünya neft ehtiyyatlarının az qala 40 faizdən çoxu cəmləşib. Bu ölkələrin sərhədlərində və yaxud da bir-birləri arasında ciddi münaqişələr, hərbi toqquşmalar olsa, bu təbii ki, neftin qiymətinə çox kəskin təsir edəcək. Ən azından neftin qiymətinin 100 dolları keçəcəyi mümkündür.

Çox tezliklə netfdə surətli qiymət artımı mümkündür. Amma bu iqtisadi və təməl prinsiplərə əsaslanan qiymət artımı olmayacaq. Bu hərbi və siyasi gərginlikdən qaynaqlanan, müvəqqəti qiymət artımı ola bilər. Belə bir ehtimal var. Amma fundamentlar, iqtisadi səbəblər neftin qiymətinin artımına dəlalət etmir. Əksinə əgər İran, Venesuella və Liviyadakı gərginlik olmasaydı və həmin bu 3 ölkə dünya bazarına neft çıxara bilsəydilər, bu gün neftin qiyməti 50 dollardan da aşağı olardı. Hətta hərbi-siyasi gərginliyə görə qiymət artsa belə, bu müvəqqəti xarakter daşıyacaq.

Natiq Cəfərli: “Qlobal olaraq ABŞ-ın da marağındadır ki, neft qiymətləri qalxmasın. Çünki neftin qiyməti qalxsa, bu benzinlə bərabər ABŞ-da digər sahələrdə də qiymətin artımına səbəb ola bilər”.

ABŞ-a gəldikdə isə deyə bilərəm ki, burada iki məsələ var. ABŞ-ın özü dünyada neft hasilatında birinci yerə çıxan ölkədir. Yəni ABŞ neft hasilatında Rusiyanı da, Səudiyyəni də keçib. Neftin qiymətinin artması hasilatçı şirkətlərə, neft hasil edən şirkətlərə daha çox pozitiv təsir göstərəcək, onların gəlirlərini artıracaq.

Amma ümumilikdə götürəndə neftin qiymətinin artması ABŞ iqtisadiyyatına ziyan vura bilər və siyasi narazılığın artmasına da səbəb ola bilər. Çünki ABŞ avtomabil ölkəsidir. Neftin qiymətinin artması avtomatik olaraq benzinin də qiymətini qaldıracaq. Gələn il isə ABŞ-da prezident seçkiləridir. Benzinin qiymətinin yüksəldiyi dövrlərdə ABŞ prezidenti Trampın ikinci dəfə seçilmə şansı xeyli dərəcədə azalacaq. İndi də Trampın ikinci dəfə seçilmə şansı azdır. Amma benzinin qiymətinin qalxması Trampa qarşı böyük bir koalisiyanın yaranmasına və Trampın seçkilərdə ciddi məğlub olmasına səbəb ola bilər.

Natiq Cəfərli: “Benzinin qiymətinin qalxması Trampa qarşı böyük bir koalisiyanın yaranmasına və Trampın seçkilərdə ciddi məğlub olmasına səbəb ola bilər”.

Buna görə də düşünürəm ki, qlobal olaraq ABŞ-ın da marağındadır ki, neft qiymətləri qalxmasın. Çünki neftin qiyməti qalxsa, bu benzinlə bərabər ABŞ-da digər sahələrdə də qiymətin artımına səbəb ola bilər.

Bir daha qeyd edim ki, hərbi-siyasi gərginliklərə görə müvəqqəti olaraq neftin qiyməti arta bilər. Amma bu qalıcı qiymət artımı olmayacaq. Yəni neftin qiyməti 100 dolları keçsə belə, qiymətin uzun zaman o səviyyədə qalması mümkün deyil. Gərginlik azaldıqca və problemlər həll olunduqca qiymətin yenidən kəskin azaldığının şahidi ola bilərik”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar