Bazar, 26 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Xəstə anasına gətirdiyi dərmanı əlindən aldılar – Komitə sədrinə müraciət edildi

13.04.2019 tarixində Bağırov Cəmaləddin Nüsrət oğlu Rusiya Federasiyasından Azərbaycana dərmanlar gətirib

Dərmanlar Qırmızı Körpü Gömrük Postunda 40 gün müddətinə müvəqqəti saxlanca götürülüb. Artıq müddətin bitməsinə bir neçə gün qalmasına baxmayaraq, Bağırov Cəmaləddin Nüsrət oğlu dərmanları geri ala bilmir.
Problemlə bağlı “Yeni Sabah”a müraciət edən şikayətçi bildirib ki, dəfələrlə komitəyə gedib gəlsə də, məlumat verilmir, süründürməçiliyə yol verilir:

“Yalandan “rəis yoxdur” bəhanəsi və ya başqa səbəblərlə vaxt qazanmaq istəyirlər. Bilirlər ki, vətəndaş gəlib orda günlərlə otura bilməz, maaşa işləyən adamlarıq. Bilərək belə edirlər ki, mal bunlara qalsın və sonradan satışı ilə məşğul olsunlar.

Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Məcidov Ramil Abbas oğluna, həmçinin Heydər Əliyev Fondunun nəzdində "Regional İnkişaf" İctimai Birliyinə qaynar xəttinə zəng etmişik. Amma gömrük işlərinə baxan adam məsələyə soyuq yanaşdı.

Eyni zamanda Səfər Mehdiyevə onlayn məktub yazmışıq. Lakin hər hansı işə yaramır. Belə başa düşürəm ki, həyasızlıq etmək lazımdır – “özümü yandıracam, öldürəcəm” deməmiş məsələ düzələn deyil. Bundan qabaqkı sədrin dövründə belə şeylər yox idi. Səfər Mehdiyev sədrlik edəndən bəri bu cür problemlər yaşanır. Sadəcə evdəki xəstə adama dərman gətirirdim. Həmin dərmana icazə yoxdursa, deyin olmaz, geri qaytaraq. Bunlar isə zaman qazanmaq istəyirlər. Hər gün fərqli bəhanələr irəli sürürlər.

Qeyd edim ki, gətirdiyim dərman ölkədə yoxdur, ona görə Rusiyaya getdim. Gömrük Komitəsi öz verdikləri sənədə, kağıza belə şübhə ilə baxırlar. Prezident İlham Əliyev dəfələrlə keçirdiyi iclaslarda məmurlara, yüksək vəzifəli şəxslərə vətəndaşları incitməməklə bağlı göstərişlər versə də, bu, tətbiq olunmur”.

pia.az


Şərh yazın.

loading...