Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Alışov: “Banklarda elektronlaşma və rəqəmsallaşma sürətlə artır”

“Ötən illə müqayisə etdikdə Azərbaycan banklarında elektronlaşma və rəqəmsallaşma ilə bağlı sürətli müsbət dinamikanı görürük”

Bunu Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Sammit”) çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovdeyib.

“Bu gün Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-də internet bankçılıq, 25-ə isə mobil bankçılıq xidmətləri təklif edilir. Bu ilin I rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatlar;n təxminən 31%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib. Bu nisbət ötən ilin eyni dövründə 22% olub”, – o qeyd edib.

Bundan başqa, İ.Alışovun sözlərinə görə, hazırda Azərbaycanda banklara məxsus 6,8 milyon ədəd plastik kart var: “Təkcə bu ilin I rübündə dövriyyəyə 772 min ədəd təmassız ödəniş kartı buraxılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Son 1 ildə elektron ticarət hesabına aparılan əməliyyatların dəyəri də 2 dəfədən çox artıb, 266 milyon manatdan 573 milyon manata yüksəlib”.(Report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar