Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı alimdən erməni nazirə tərs silləyə bənzər sual

Qubad İbadoğlu: “O, sualın cavabına çıxışından çox vaxt ayırsa da, əsaslandırılmış mövqe ortaya qoya bilmədi”

Mayın 13-14-də Brüsseldə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyi münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə iştirak edən iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu iştirakçısı olduğu maraqlı panel barədə məlumat verib.

Onun “Yeni Müsavat”a dediyinə görə, “Şərq Tərəfdaşlığı”nın 10 illik yubileyi ilə bağlı tədbirlərdə ermənilər özlərini “favorit” kimi aparıb, ölkədə baş verən demokratik dəyişikliklərdən, islahatlardan ağız dolusu danışıblar: “Onlar Ermənistanın yeni inkişaf mərhələsinə qədəm qoymasından bəhs edir və vətəndaş cəmiyyətinin qurulması və bu sahədəki əməkdaşlıqları ilə öyünürdülər. Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zalda olan çoxsaylı auditoriyanın fikirlərinin bir anda dəyişməsinə səbəb oldu.

Ermənistanın xarici işlər naziri çıxışında ermələrin 3 min illik tarixindən başlayaraq bu günə qədər keçdiyi yola nəzər salıb ölkəsini geniş auditoriyada təqdim etmək üçün mümkün fürsətdən yararlanırdı. Bununla yanaşı, o, insan haqları, demokratiya və yaxşı idarəetmə, əsasən də korrupsiyaya qarşı mübarizə barədə fikirlərini bölüşdü".

Q.İbadoğlu erməni nazirin çıxışı ilə bağlı şərh və sual verib: “Şərhim Ermənistanda demokratiyanın dayanıqlığı üşün şərtlərin mövcud olmamasından ibarət idi. Şərhdə Ermənistanda korrupsiya, oliqarx inhisarçılığı, iqtisadi azadlıqların olmaması şəraitində orta təbəqənin olmaması, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə regionda sülh və inkişafa təhlükə yaratmasından, eləcə də bölgənin regional və beynəlxalq inteqrasiya imkanlarından bəhrələnmək üçün yaratdığı əngəllərdən danışdım. Bununla əsaslandırdım ki, Ermənistanda demokratiyanın dayanıqlı olması şübhəlidir”.

İqtisadçı-alim erməni nazirə sual ünvanlayıb ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq: “Mən doğulduğum, boya-başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarımın qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü, cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox danışdı, lakin istəyinə nail ola bilmədi, bir sözlə, nə qədər çalışdısa yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi.

O, özünü səmimi göstərib, problemin həllində marağının olması, bu problemin mərkəzində insanın durması kimi fikirlərə istinad edərək, Ermənistanı məsuliyyətdən kənara çəkmək üçün arqumentlər axtarır və bununla əlaqədar olaraq situasiyanı yaxşı anladığını, insanlar arasında ünsiyyətin yaranmasının vacibliyini qeyd etməklə ölkəsinin sülh tərəfdarı olduğunu göstərmək istəyirdi. Cəbhədə əsgər ölümlərindən, aprel döyüşlərindəki itkilərdən danışdı. Cəmiyyəti sülhə hazırlamaq üçün hər iki ölkədə görülməli çox işlərin olduğunu bildirdi. Amma yenə də başa düşürdü ki, auditoriya onun səmimiliyinə inanmır. Çünki fakt qarşısında idi. Söhbət yalnız insan amilindən deyil, Ermənistanın işğalının yaratdığı fəsadlardan gedir".

Q.İbadoğlunun sözlərinə görə, təəssüf ki, belə tədbirlərdə Azərbaycan rəsmiləri iştirak etmir: “Azərbaycanın xarici işlər naziri də orada olmalı idi. Belə olanda ermənilər yaranmış vəziyyətdən fürsət kimi istifadə edirlər. Amma onlar gözləmirdilər ki, auditoriyadan belə suallarla qarşılaşa bilərlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar