Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oyun içində oyun: Türkiyənin geosiyasi üstünlüyü ABŞ-ı narahat edir...

ABŞ Çinin İpək Yolunu həyata keçirə bilməməsi üçün müsəlmanlarla Asiya dinləri arasında kin toxumları əkməyə çalışır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 15 may 2019-cu il

Bir neçə gün əvvəl Körfəzdə BƏƏ sahillərində 4 tankerə İran tərəfindən hücum edildiyi irəli sürülüb. Səudiyyə də o dəqiqə təzyiqi qaldırıb. İranı hədəfə qoyaraq açıqlama verməkdən də çəkinməyib. Bundan sonra isə “The New York Times” yazıb:

ABŞ Müdafiə naziri vəzifəsini icra edənPatrik Şanahan Prezident Trampdan İran işğalına qarşı 120 min əsgər istəyib...”

Prezident Tramp dəfələrlə Orta Şərqdən çəkiləcəyini desə də, bir qüvvə israrla Orta Şərqi işarə edirdi...

Tam da buna görə Orta Şərqin cazibəsi ucbatından ABŞ öz maraqlarını qorumaq üçün kürdlər vasitəsilə Aralıq dənizinə çatmaq istəyir.

ABŞ, Yunanıstan, Kipr, İsrail və kürdlərin içində olduğu Şərqi Aralıq Koalisiyasını qurmaq üçün addımlar atır. Qarşı tərəfdə vəziyyət belə olduğuna görə Türkiyə də ABŞNATO-dakı müttəfiqlərindən sürətlə uzaqlaşır və Rusiyaİranla yaxınlaşmağa başlayır.

Türk-İsrail münasibətləri də normal vəziyyətdə deyil, ABŞ kürdlər üçün həm “Patriot”, həm də “Dəmir Günbəz” raketdən müdafiə sistemi hazırlayır. Bizim xəbərimiz olmasa da, Aralıq dənizi bu dəqiqə dünyanın ən dəyərli dənizidir...

İrana keçək...

İran dünyada ən çox neft istehsal edən ölkələrdən biridir. İndi İranın hədəf olmasının səbəblərindən biri də budur. Çünki İranın Çinlə güclü bir əməkdaşlığı var. Çin dünyadakı ən ucuz nefti İrandan alır. ABŞ-ın əsas hədəflərindən biri də Çin olduğu üçün İran da Vaşinqtonun hədəfindədir.

Türkiyə də neftin keçid məntəqəsidir. ABŞ bunu açıq şəkildə deməsə belə, bundan narahatdır. Çünki bu vəziyyət ona sərf etmir. Türkiyənin geosiyasi üstünlüyü onları narahat edir.

ABŞ açıq şəkildə İnqilab Keşikçilərini terrorçu elan edib. Yəni belə bir qüvvəsi də var! ABŞ-ın rəhbərliyində kürdlərin birləşdirilərək Aralıq dənizinə çatdırılması halında kürd nefti Yunanıstan vasitəsilə dünya bazarına çıxarılacaq. Bu yol sayəsində İsrail də Qolan təpələrindəki neftdən istifadə edərək İran neftinin yaratdığı boşluğu dolduracaq.

Çin də İran kartını itirəcək və İsraillə yaxınlaşmaq məcburiyyətində qalacaq.

Oyunun skeleti budur...

Əlbəttə ki, İranı və Çini kənarda saxlamaq üçün Türkiyəni qızışdırmaq lazımdır. Bunun üçün başqa yollar da sınanılacaq! Səhnəyə İŞİD çıxarılacaq!

Şri-Lankada başlayan kilsə və məscidlərin yandırılması hadisələri adi bir iş deyildi. Şri-Lanka Çindən borc alıb, lakin ödəyə bilməyib. Çin də pulunu ala bilmədiyi üçün “əvəzində limanlarını ver” deyərək təklif verib və alıb limanları da. Buna ABŞ etiraz edib. YPG və İŞİD-dən olan bir çox terrorçu Bəlucistandan Əfqanıstana qədər olan sahəyə yayılıb...

30 apreldə Əfqanıstan Nərgərharda 29 nəfər, 4 mayda Künərdə 59 nəfər İŞİD-çi öldürülüb. ABŞ Prezidenti Tramp “İŞİD-ə qalib gəldik”, deyə açıqlama verəndən Əfqanıstanda ortaya çıxan terror təşkilatını necə izah edək?

Görünür, məğlubiyyəti qəbul edə bilməyiblər.

Bundan başqa, Əfqanıstanın müxtəlif bölgələrində 40 min İŞİD üzvünün yeni hücumlar üçün hazırlıqlar etdiyi də ortaya çıxıb.

Suriyaİraqdan göndərilən İŞİD üzvlərinin yeni coğrafi mövqeyinə öyrəşməsi çox çəkməyəcək. Çünki Əfqanıstan, İraqSuriya coğrafi olaraq bir-birilərinə çox bənzəyirlər.

Bəs İŞİD Əfqanıstanda Fransa, Almaniya, Hollandiya, İtaliya və Türkiyəni hədəf kimi seçə bilərmi? Əlbəttə ki, seçər. Xüsusilə də, Fransanı!

Bəs Türkiyə? O da mümkündür...

Bir neçə gün əvvəl Somalidə bir türk mühəndis öldürülüb. Sui-qəsdi Əş-Şəbab adlı terror təşkilatı üstünə alıb. Lakin bombalı hücumun mərkəzindəki təşkilat İŞİD idi. Xüsusilə, mühəndis, diplomat və iş adamlarına olan hücumlar birbaşa olaraq ölkələrə göndərilmiş ismarıc kimi qəbul edilir.

2013-də və 2014-də Kamerunda qaçırılmış fransızlar da İŞİD-in əməli idi. Öldürülmüş fransızlar da Parisə bir ismarıc idi.

Fransanın “Lafarge” şirkətinin İŞİD-in maliyyələşdirilməsində rol oynaması amerikalıları xeyli qəzəbləndirmişdi. Amerikalı İŞİD bir anda Fransanın olmuşdu.

Fransızlarla amerikalılar yaxın zamanda ortaq bir məxrəcə gələ bilməyəcəklər. Bu, artıq adi bir haldır. Yəni Əfqanıstandakı gərginlik daha da artacaq və Afrikaya da sıçrayacaq. Bununla bərabər önəmli qırılmalar da ortaya çıxacaq.

Lakin bu xəbərlər başqa bir məsələyə də işarə edir. İpək Yolu, yəni mədəniyyətlər toqquşması Çin və İpə Yolu ilə qərbə doğru gedəcək. İstehsal edərək qalib olacaq. Məhz buna mane olmaq istəyən düşüncə Çinin İpək Yolunu həyata keçirə bilməməsi üçün müsəlmanlarla Asiya dinləri arasında kin toxumları əkməyə çalışır.

Qərblə aralarında onsuz da ziddiyyətlər var. Lakin Qərb özlərindən başqa, 2 mədəniyyətin, yəni İslam və Asiya dinlərinin toqquşmasına bel bağlayıb...

Türkiyə burada nə iş görəcək?

Öz içində çəkişmələr yaşayacaq. Ankara Qərbin təcavüzkarlığı və ard-arda keçirdiyi əməliyyatlara görə Avrasiya qanadındadır! Lakin buna şiddətlə etiraz edənlər var. Ad çəkmək istəmirəm.

Yeni partiyalar şəklində də olsa, hər biri ortaya çıxacaq. Və köhnə məsələlərin də üstü açılacaq. Türkiyənin dünyada hansı mövqedə olması bir tərəfə, kim tərəfindən idarə ediləcəyi də ayrı bir problemdir! Kənardakılar vəziyəti belə görürlər.

İstanbul seçkilərindən əvvəl də, sonra da bunları müzakirə edəcəyik. Ölkənin gündəmi bu olacaq.

Şərqdən gələn Çini dayandırmaq üçün müsəlmanlara da rol veriləcək. ABŞ və Çinin siyasi hesabları müsəlmanlar üzərindən aparılacaq.

Türkiyə, əlbəttə ki, burada çox önəmlidir... Çindən baxdıqda başqa Ankara, ABŞ-dan baxanda isə başqa bir Ankara görünür. Hər kəs öz oyunçularının idarə etdiyi bir Türkiyə görmək istəyir. Buna görə də, hədəf yenə Ərdoğan olacaq...

Həm daxildə, həm də xaricdə mübarizə aparılacaq. Vəziyyət budur...

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar