Zöhrab Mnatsakanyan iradlara cavab bildirib
İnternet-seqmentin erməni istifadəçiləri Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla çəkilmiş fotosunu müzakirə edirlər.
Verilən mılumata görə, “Biz də insanıq, danışa, zarafat edə bilərik", – deyə Zöhrab Mnatsakanyan iradlara cavab olaraq bildirib.
Ermənistan KİV-in “elə bir təəssüratı formalaşdı ki, Elmar Məmmədyarov Mnatsakanyanı birlikdə şəkil çəkdirmək üçün çevrilməyə çağırır” qeydinə münasibət bildirərkən, xarici işlər naziri vurğulayıb: "Bəli, dedi ki, ünsiyyət qura bilməyəcəyimizi düşünməmələri üçün birlikdə bir şəkil çəkdirək. Mən də cavab verdim ki, o haqlıdır, biz ünsiyyət qura bilərik, danışıqlar apara bilərik və birlikdə işləyə bilərik. Bu normal bir vəziyyətdir, bu məsələdə əlahiddə bir şey yoxdur".(Virtualaz.org)
pia.az