Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk: yeni üsulla çəltik əkini sınaqdan keçiriləcək - Foto

Lənkəranda yeni üsulla çəltik əkini sınaqdan keçiriləcək

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonda çəltikçilik təsərrüfatını daha da genişləndirmək üçün bu sahə ilə birgə quşçuluq və balıqçılıq təsərrüfatı da yaradılır.

Belə ki, şitillər sahəyə köçürüldükdən sonra cərgə ilə əkilir. Onların arasında alaq otları çıxır, eyni zamanda 2-3 ay su altında qaldıqlarına görə bataqlıqlaşma gedir. Belə yerlərdə də metan qazı əmələ gəldiyindən bitkilərin kökü normal inkişaf edə bilmir. Aqrotexniki qulluq işləri ilə bu prosesə maneçilik törətmək mümkün olsa da, gətiriləcək ördəklərin və xüsusi balıqların sahələrdə hərəkəti sayəsində təbii qaydada həmin o zərərli qazlar, zərərvericilər sahələrdən uzaqlaşdırılacaq, alaq otları aradan qaldırılacaq. Bir tərəfdən ördəklər, balıqlar sahələrdə böyüyür və qidalanır, digər tərəfdən ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsul yetişir.

Yaponiya, Çin, İran kimi klassik çəltik becərən ölkələrin təcrübəsinə dayanaraq balıqçılıqla çəltikçiliyi paralel inkişaf etdirmək mümkündür. Əsasən 4 balıq növləri gətiriləcək. Quşçuluq təsərrüfatı üçün isə sınaq məqsədilə ilk mərhələdə 200-300 ördəyin gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cənub bölgəsində son illər çəltikçilik geniş vüsət alıb. Əkin sahələri ildən-ilə genişlənir. Bölgə üçün klassik əkin növü olan şitil üsulu daha münasibdir. Lakin yeni texnologiya ilə müasir əkin növündən də istifadə olunur. Yerli klassik sortlarla yanaşı, məhsuldar sortlara da üstünlük verilir. Əsasən “sədri” , “haşimi” və “akulə” çəltik növləri yetişdirilir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar