Bazar, 15 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Boykot çağırışlarına, müdaxilələrə tuş gələn “Avrovizion”

İlginc və mistik faktlar

Bu il sayca 64-cü “Avrovizion” müsabiqəsi baş tutur. Məlum olduğu kimi ötən il Netta Barzilay ifa etdiyi “Toy” mahnısı ilə “Avroviziya – 2018” müsabiqəsinin qalibi oldu və ölkəsini, yəni İsraili 20 il sonra “Avrovizion”a ev sahibliyi etmək şansını qazandırdı. Çox maraqlıdır ki, İsrail bundan əvvəl 1979-cu ildə müsabiqəyə ev sahibliyi edib. 20 il sonra 1999-cu ildə yenidən ev sahibliyi etmək hüququnu qazanır. Və nəhayət yenə 20 il sonra, yəni 2019-cu ildə ev sahibliyi edir. Bir çoxları bunun təsadüfi olmadığını bildirir. Onlardan bəziləri faktı mistik, digərləri isə siyasi amillərə bağlayır.

Bir faktı qeyd edək ki, Netta qələbə qazandıqdan sonra elə səhnədəcə 2019-cu ildə müsabiqənin İsrailin paytaxtı Qüdsdə keçiriləcəyini demişdi. Hətta İsrailin baş naziri Benyamin Netanyahu da öz “Tvitter” hesabında bildirmişdi ki, müsabiqə Qüdsdə keçiriləcək. Lakin sonra Qüds meri Nir Barkat müsabiqənin 1979 və 1999-cu illərdə keçirildiyi Beynəlxalq Konvensiya mərkəzinin “Avrovizion-2019” üçün çox kiçik olduğunu bildirərək, “Teddy Stadium” və eyni zamanda “Jerusalem Arenanı müsabiqə üçün uyğun olduğunu demişdi. Müsabiqə üçün nəzərdə tutulan digər arena isə Təl-Əvivdə yerləşən Menora Mivtachim Arena olsa da, şəhər meri Ron Hulday Təl-Əvivin Avroviziya 2019-a ev sahibliyi etməyəcəyini açıqlamışdı.

Xatırlatmaq verək ki, müsabiqənin ilk yarımfinalı 14-də baş tutub, digər yarımfinal isə mayın 16-da keçiriləcək.

Mayın 14-də başlayan müsabiqənin ilk 10 finalçısı artıq müəyyən edilib. Həmin ölkələr bunlardır - Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çex Respublikası, Avstraliya, İslandiya, San-Marino və Sloveniya. Birinci yarımfinalda iştirak edən Monteneqro, Finlandiya, Polşa, Macarıstan, Belçika, Gürcüstan və Portuqaliya təmsilçiləri final mərhələsinə keçmək imkanı əldə edə bilməyiblər.

“Böyük Beşlik” ölkələri - Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və ev sahibi İsrail müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanıb.

Yarışmanın ilk hissəsi eynicinsli tamaşaçıların öpüşməsi ilə yadda qalıb. Belə ki, “Dana İnternational”ın çıxışı zamanı insanlara “Sevgi sevgidir” mesajı verilib. Bu zaman kameralar zaldakı tamaşaçılara doğru ünvanlanıb. Vizual ürək görüntüsünün içərisində homoseksual və heteroseksual cütlüklər öpüşüb.

Hansı ölkələr müsabiqədən imtina edib?
Bolqarıstan maliyyə problemləri üzündən müsabiqədə iştirak edə bilməyəcəyini açıqlamışdı.

27 fevral tarixində milli seçim turlarında yaranan gərginliyin ardınca Ukrayna televiziya və radio yayımları şirkəti müsabiqədə iştirak edə bilməyəcəyini elan etmişdi.

Yenidən iştirak edən ifaçılar

Qeyd edək ki, müsabiqədə artıq bir neçədə iştirak etmiş ifaçılar da yer alıb. O cümlədən Rusiya təmsilçisi Sergey Lazarev 2016-ci ildə ölkəsini təmsil edib 3-cü yerin qalibi olub və yenidən müsabiqəyə qatılıb.

San-Marino təmsilçisi Serhat da 2016-cı ildə öz ölkəsini təmsil etmişdi. Bu siyahıda Şimali Makedoniya təmsilçisi Tamara Todeyska, Macarıstan təmsilçisi Yoçi Papaj, Serbiya təmsilçisi Nevena Bojoviç və Litva təmsilçisi Yuriyus da var.

Boykot çağırışları

Hələ müsabiqə başlamazdan artıq boykot çağırışları edilməyə başlamışdı. Belə ki, əvvəlcə müsabiqənin Qüdsdə keçiriləcəyi deyiləndə bəzi ölkələr buna etiraz etmiş və öz ölkələrini müsabiqəni boykot etməyə çağırmışdılar. Maraqlıdır ki, bu ölkələrin siyahısında Böyük Britaniya, İrlandiya, İslandiya, İsveçin adı çəkilir.

Məsələn, 2018-ci ildə Netta Londonda klubların birində konsert keçirdiyi vaxt bir qrup dəstə klubvun qarşısında etiraz aksiyası keçirmiş, və Nettanı “İsrailin işğalçı rejiminin təmsilçisi” adlandırmışdı. İrlansiyanın bir neçə siyasətçisi isə “Tvitter”də status yazaraq “Başqaları qətlə yetirildiyi zaman biz əylənə bilmərik” deytə çağırışlar etmişdilər. İslandiyada isə İsraildə keçirilən müsabiqənin boykot edilməsi ilə bağlı kütləvi şəkldə petitsiya imzalanmışdı. İslandiyanın tanınmış musiqiçisi Dadi Freyr ölkənin müsabiqədə iştirak edəcəyi halda bir daha müsabiqənin seçim turuna qatılmayacağını bildirmiş və paylaşdığı açıqlamada "İsrail Dövləti və ordusu Fələstin xalqına qarşı bu cür şiddət tətbiq edərkən, bizim təmiz bir vicdanla İsraildə keçirilən “Avrovizion” kimi əyləncəli bir müsabiqədə iştirak etməyimizi təsəvvür edə bilmirəm” demişdi. İslandiya telekanalı etirazların ardınca müsabiqənin boykot edilməsi ilə bağlı son qərarın verilməsi üçün toplantı keçiriləcəyini bəyan etmişdir. İsrailin Tel-Əviv şəhərini müsabiqənin ev sahibi olaraq elan etdiyindən bir gün sonra İslandiya rəsmi olaraq “Avrovizion”da 2019-da iştirakını bir daha təsdiqləmişdi.

İsveçdə isə siyasi partiyalar öz etirazını bildirmişdi. Partiyalar “İşğal davam edərkən İsrailin bu nəhəng mahnı müsabiqəsinə ev sahibliyi etməsi tamamilə əsassızdır. Biz İsrailin “Avrovizion”dan humanitar cəhətdən istisna edilməsini istəyirik. Fələstin xalqının zülmü davam edərkən rəqs etməyə davam edə bilmərik” deyə bəyanatlar vermişdi.

Müsabiqə ilə bağlı dini tələblər də olmuşdu. Belə ki, Birləşmiş Tövrat Yəhudiliyi partiyası qeyd etmişdi ki, şənbə günü müsabiqə keçirib əylənmək doğru deyil. Çünki şənbə günü dualar oxunmalı, dini ayinlər keçirilməlidir.

Gözlənildiyi kimi müsabiqənin ilk yarımfinalı ərəfəsində də çoxsaylı boykot çağırışları, aksiyalar keçirildi. Aksiyalar elə Təl-Əvivin özündə baş tutdu. Aksiyada Fələstioni dəstəkləyən plakatlar qaldırılıb. Boykotçuların arasında Sinid Okonnor, Elvis Kostello, Andi Irvine, Paul Bradi, Roger Vaters ve Lorde kimi tanınmış ulduzlar da olub. Hətta dünya şöhrətli ulduz Madonnaya qarşı çağırışlar edildi ki, o, müsabiqədəki performansından imtina etsin. Lakin ifaçı musiqini siyasətə qatmadığını deyib, boykot çağırışlarını rədd etdi.

3 saniyəlik xaç simvoluna görə qalmaqal

Müsabiqə ilə bağlı maraqlı faktlardan biri polşalı təmsilçi ilə bağlıdır. Belə ki, Polşanı müsabiqədə təmsil edən mahnı üçün çəkilmiş video klipdə xaç simvolunun yer aldığı üç saniyəlik səhnə son anda klipdən silinib. Bu Polşada böyük etirazlara səbəb olmuş və “Avrovizion” xristianlığa qarşı ayrıseçkilikdə ittiham olunmuşdu. Polşanın Avroviziyanı ölkədə yayımlamaq hüququ olan TVP telekanalının baş direktoru Yatsek Kurski ölkə təmsilçiləri Tulia qrupunun albom şirkətini video klipin ilkin versiyasını bərpa etməyə çağırmışdı. Qrupun menecmentliyi etirazlara cavab olaraq xaç simvolunun klipdən silinməsinə əsas səbəbin Avropa Yayım İttifaqının “Avrovizion”da siyasi və dini işarələrin təbliğ edilməsinin qadağan etməsi ilə əlaqələndirib.

Azərbaycanlı təmsilçi ikinci yarımfinalda

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq. Müsabiqənin finalı mayın 18-də olacaq.(müsavat.com)

pia.az


Şərh yazın.

loading...