Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın Şərqdə müharibə təhlükəsi: ABŞ-İran müharibəsi gündəmdədir...

Politoloq: “ABŞ silahlı qüvvələrinin birbaşa İran silahlı qüvvələri ilə döyüşə girəcəyi inandırıcı deyil”

“Əgər ABŞ və müttəfiqləri istədiklərinə nail olub İranı geri çəkilməyə vadar edə bilsələr, hərçənd ki, İranın geri çəkilməsi gözlənilmir, o zaman İran Yaxın Şərqdəki iddialarından əl çəkə, İsrailin regionda əsas söz sahibinə çevrilməsinə şərait yarana bilər”.

Bu sözləri politoloq Nəzakət Məmmədova qaynar fazaya keçən ABŞ-İran münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Pentaqonun yenilənmiş konsepsiyası Yaxın Şərqə 120 min hərbçinin göndərilməsini nəzərdə tutur. “Nyu York Tayms” xəbər verir ki, ABŞ İranla davamlı münaqişəyə hazırlaşır.

Trampın köməkçilərinin iclasında Pentaqon rəhbəri Patrik Şanaxan İrana qarşı tədibrlər planını təqdim edib. Həmin plan İranın amerikalı hərbçilərə hücumu, yaxud nüvə proqramını sürətləndirəcəyi təqdirdə regiona 120 min hərbçi göndərməsini nəzərdə tutur.

Bu strategiyanın tərəfdarları isə Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun başçılıq etdiyi qrupdur. Plan İran ərazisinə quru qoşunların yeridilməsini nəzərdə tutmur.

Amma digər tərəfdən, Trampın Əfqanıstandan amerikalıları çıxarmaq barədə planları ilə İran probleminin güc yolu ilə həlli arasında da müəyyən ziddiyyətlər var. Ekspertlər 120 min hərbçinin Yaxın Şərqə göndərilməsini ABŞ-ın rəsmi Tehranı qorxutmaq planının tərkib hissəsi də adlandırırlar.

Gərginləşən münasibətlər ABŞ-ın Yaxın Şərqə “Avraam Linkoln” aviadaşıyıcısını və B-52 bombardumançılarını göndərməsi ilə nəticələnib. “Patriot” hava hücumundan müdafiə sistemlərinin bölgəyə yerləşdirməsi də Vaşinqtonun gücdən yana çıxış etdiyinə dəlalət edir.

Amma bu addımlar İranı qorxutmur. “Əgər amerikalılar addım atsalar, biz onları başından vuracağıq”, deyə İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə deyib.

Türkiyə mediası da məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə 120 min amerikalı əsgərin göndəriləcəyi iddialarını təkzib edib.

Artıq aparıcı dünya mediası da ABŞ-İran müharibəsindən yazır. ABŞ-İran münasibətlərinin qaynar fazaya keçməsi bütün regiona nə vəd edir və müharibə ehtimalı var? Həmçinin bilirik ki, dünən Soçidə ABŞ-ın Dövlət Katibi Pompeo ilə Rusiya prezidenti arasında görüş olub. ABŞ müəyyən razılaşmalar çərçivəsində İran məsələsində Rusiyanın dəstəyini ala bilərmi?

Mözu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “ABŞ-İran müharibəsinin olması ehtimalı zəifdir. Qarşıdurma hərbi əməliyyatlar mərhələsinə keçsə belə, bu, İran ərazisində deyil, üçüncü ölkələrin ərazisində, çox güman ki, İranın Yaxın Şərqdə yaratmış olduğu "Şiə hilalı" deyilən geosiyasi plasdarmda baş verə bilər”.

İranın hazırda Yaxın Şərqdə böyük, güclü kəşfiyyat şəbəkəsi qurduğunu, ordulara malik olduğunu xatırladan politoloq əlavə edib ki, belə dərin kök salmış dövləti asanlıqla sıradan çıxarmaq mümkün deyil. ABŞ-ın hazırkı həmlələri daha çox İrana qarşı psixoloji təzyiq xarakteri daşıyır:

ABŞ-İran müharibəsinin olması ehtimalı zəifdir. Qarşıdurma hərbi əməliyyatlar mərhələsinə keçsə belə, bu, İran ərazisində deyil, üçüncü ölkələrin ərazisində, çox güman ki, İranın Yaxın Şərqdə yaratmış olduğu "Şiə hilalı" deyilən geosiyasi plasdarmda baş verə bilər. Lakin ABŞ silahlı qüvvələrinin birbaşa İran silahlı qüvvələri ilə döyüşə girəcəyi inandırıcı deyil.

Ehtimal ki, hər iki tərəfdən rəsmi ordu yox, digər qüvvələr iştirak edəcək. Digər qüvvələr dedikdə ABŞ tərəfdən muzdlu hərbi şirkətlərin, məsələn “Blackwater”in döyüşçüləri, eləcə də Səudiyyə Ərəbistanın, Birləşmiş Ərəb Əmirliklərinin Afrika və Latın Amerikasından pulla gətirdiyi muzdlular iştirak edə bilər. Rəsmi iştirak edən ordu yalnız İsrail ordusu ola bilər. İran tərəfdən isə İslam Keşikçiləri Korpusunun Qüds briqadası, Hizbullah, Mehdi ordusu, Həşdi-şabi iştirak edə bilərlər. Lakin qarşıdurma indiki mərhələdə İran ərazisində olmayacaq.

Nəzakət Məmmədova: “İran tək deyil, onun Rusiya, ABŞ, Çin kimi müttəfiqləri var. Onlar İranın Yaxın Şəqrdə ABŞ-İsrail ittifaqına qarşı duruş gətirməsində maraqlıdırlar”.

Bu proseslər regiona çox böyük dəyişikliklər vəd edir. Əgər ABŞ və müttəfiqləri istədiklərinə nail olub İranı geri çəkilməyə vadar edə bilsələr, hərçənd ki, İranın geri çəkilməsi gözlənilmir, o zaman İran Yaxın Şərqdəki iddialarından əl çəkə, İsrailin regionda əsas söz sahibinə çevrilməsinə şərait yarana bilər.

Lakin İran geri çəkilməyəcək. Bunun bir çox səbəbləri var. İlk olaraq ona görə ki, o, tək deyil, Rusiya, ABŞ, Çin kimi müttəfiqləri var. Onlar İranın Yaxın Şəqrdə ABŞ-İsrail ittifaqına qarşı duruş gətirməsində maraqlıdırlar. Əks halda ABŞ regionda maneəsiz şəkildə özünün şərti olaraq “Böyük Orta Şərq” layihəsi adlandıracağımız yeni dünya qaydası planlarını icra etməyə başlayar ki, bu da nəinki İranın, yuxarıda adlarını qeyd etdiyimiz heç bir dövlətin maraqlarına uyğun deyil.

Nəzakət Məmmədova: “Rusiyanın İranla Yaxın Şərqdə maraqları hazırda üst-üstə düşür və Rusiyanın bu maraqları qurban verməsi inandırıcı deyil”.

Çünki ABŞ, Rusiya, Çinin Yaxın Şərqdə böyük geosiyasi maraqlarından başqa, çoxmilyonluq investisiya, habelə enerji maraqları var. Digər tərəfdən isə İran minilliklər boyu həmin coğrafiyada mövcud olan nəhəng Yaxın Şərq dövləti olaraq oraya çox sonralar gəlmiş ABŞ və orada 1948-ci ildən bəri dövlət kimi mövcud olan İsraildən daha çox möhkəm dayaqlara, region dövlətləri və xalqları ilə sıx siyasi, iqtisadi-ticarət, mədəni, tarixi əlaqələrə malikdir və bu, onun orada möhkəm dayaqlara malik olmasının göstəricisidir.

İran hazırda Yaxın Şərqdə böyük, güclü kəşfiyyat şəbəkəsi qurub, ordulara malikdir. Belə dərin kök salmış dövləti asanlıqla sıradan çıxarmaq mümkün deyil. ABŞ-ın hazırkı həmlələri daha çox İrana qarşı psixoloji təzyiq xarakteri daşıyır. Bununla belə İran ərazisinə hücum inandırıcı deyil, yalnız Şiə ayparasına daxil olan dövlətlərin ərazisində qarşıdurmanın baş verəcəyi mümkündür.

Pompeonun səfərinə gəlincə, Rusiyanın onunla İran məsələsində razılaşacağı inandırıcı deyil. Rusiyanın İranla Yaxın Şərqdə maraqları hazırda üst-üstə düşür və Rusiyanın bu maraqları qurban verməsi inandırıcı deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar