Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dünyanın ən yaxşı idman ölkələri siyahısında 33-cü yerdədir

“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb

Ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən cədvəldə Azərbaycan da yer alıb.

Belə ki, müxtəlif növlər üzrə möhtəşəm turnirlərin, həmçinin cüdo və velosipedin BMX növü üzrə dünya çempionatlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 90 ölkə arasında 33-cü yerdədir. Ölkəmizin əmsalı 5,511 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 4-cü pillədədir.

Bizi yalnız ümumi siyahıda 5-ci olan Rusiya (32,378), 29-cu pillədə qərar tutan Belarus (6,527) və 30-cu yerdə gedən Qazaxıstan (6,036) qabaqlayır. Azərbaycan Türkiyə, Argentina, Xorvatiya, Serbiya, Ukrayna, Portuqaliya, Rumıniya kimi idman ölkələrini arxada qoyur.

İlk “üçlük”də isə dəyişiklik olub. Ötən il 3-cü olan Çin (40,709) bu dəfə liderliyi ələ alıb. Onları ABŞ (40,619) ilə yanaşı, Yaponiya (39,631) izləyir. Siyahıda 12 pillə geriləyən Türkiyə (3,913) 40-cı yerə enib.

Şəhərlərin siyahısına isə yenə Tokio başçılıq edir. Yaponiyanın paytaxtı 19,867 xala malikdir. İlk “üçlük”də Paris (16,048) və Budapeşt (14,961) yer alıb. Azərbaycan paytaxtı Bakı 5,429 xalla dünyanın 16-cı şəhəridir. Paytaxtımız son cədvəllə müqayisədə 1 pillə geriləsə də, Berlin, Sankt-Peterburq, Barselona, Rotterdam, Sofiya, Praqa, Amsterdam, Astana, Sidney, Las-Veqas, Madrid və bir sıra aparıcı şəhərlərdən öndədir.

Bakı MDB məkanında Moskva, Minsk, Kazan və Soçidən sonra 5-dir. İstanbul isə ümumi siyahıda 318-cidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar