Tutulması üçün 1,5 milyonluq mükafat ayrılmışdı
Türkiyənin Siirt bölgəsində aprelin 30-da keçirilmiş antiterror əməliyyatında zərərsizləşdirilən 6 terrorçunun şəxsiyyəti müəyyənləşdirilib.
Azərtac Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, onlardan biri nazirlik tərəfindən axtarışda olan “Helin Gabar” ləqəbli Akide Öztekindir.
Bu təhlükəli terrorçunun tutulması üçün 1 milyon 500 min Türkiyə lirəsi (təxminən 250 min ABŞ dolları) məbləğində pul mükafatı ayrılmışdı(azərtac).
pia.az