Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada milliyətçilərin və liberalların savaşı – Köhnə dünya hara gedir?...

Avropa Parlamenti seçkiləri öncəsi yüksələn milliyətçilik qitədə ciddi siyasi dəyişikliklər vəd edir...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 13 may 2019-cu il

Avropa Birliyi (AB) ölkələri 23-26 may aralığında tarixin ən kritik Avropa Parlamenti (AP) seçkilərinə səhnə olacaqlar.

BREXİT ertələndiyi üçün İngiltərə də AP seçkilərində iştirak edəcək. Beləliklə, əhalisi 500 milyona yaxın olan 28 ölkədə 400 milyon seçici səsvermədə iştirak edəcək.

AP seçkiləri 1979-cu ildən bu günə qədər 5 ildən bir keçirilir. Buradakı vəzifəli şəxslərin sayı tez-tez artır, amma avropalı seçicilərin yarıdan çoxu səsvermədə iştirak etmir. 2014-cü ildə səsvermədə iştirak edənlərin nisbəti 44% idi. Daha əvvəl məşvərət şurası çərçivəsində olan parlament hüquqi sanksiyası olmasa da, siyasi qərarlar verir, AB-nin büdcəsi üçün səs verir və AB-nin iş orqanları olan AB Şurası ilə Avropa Komissiyasına nəzarət etmək səlahiyyətinə sahibdir.

Dəyişən dünyada Avropanın yerini müəyyənləşdirəcək səsvermə

Dünyadakı sistemin yenidən yarandığı və tərəflərin get-gedə müəyyənləşdiyi bir dönəmdə özünə bir yer axtaran Avropa önəmli qərarlar qəbul etmək ərəfəsindədir. Bir tərəfdə iflas edən neo-liberal, qlobal sistem və çökmə müddətində olan Atlantik cəbhəsi, digər tərəfdə isə hər sahədə yüksəliş yaşayan və dünyanın cazibə mərkəzi olan Avrasiya var. Son illərə qədər başda Almaniya olmaqla, Atlantik cəbhəsinin önəmli bir hissəsi olan Avropa ölkələri Avrasiyanın yolunu tutublar. Əlbəttə ki, bu, çətin bir yoldur. ABŞ-ın Şərqi Avropa ölkələri üzərindəki təsiri davam edərkən, Makronun Fransası Atlantikin sürüşkən zəminində gah o tərəfə, gah da bu tərəfə sovrulur.

Atlantikçi Makronun fəryadı

Başda Fransa Prezidenti Makron olmaqla, atlantikçilər fəryad edirlər. Avropada “ultra-milliyətçi/ultra-nationaliste”, “ifrat sağçı/extrême droite”, “sağ populist” kimi adlandırılan milliyətçi partiyalar yüksəlir. “Avropanı faşizmə aparacaq bu partiyalara əngəl olmaq lazımdır”, deyərək çırpınırlar.

6 ay əvvəl anketlərdə AP seçkilərində öz partiyasını geridə qoyaraq birinci yerə yüksələn Marin Le Penin Milli Birlik Partiyasını iyrənc elan edən Makrona belə deyib: “Bu yaşadığımız anlar iki müharibənin ortasına bənzəyir. Qorxular, milliyətçi qaradinməzlik, iqtisadi böhran ucbatından bölünən, (...), xarici qüvvələr tərəfindən kənarda buraxılan və milliyətçi xəstəlik nəticəsində parçalanma və beləliklə, hegemonluğunu itirmək riski ilə üz-üzə qalan Avropanın qorunması üçün Amerikanın dəstəyinə möhtac olması, Çinin təməl strukturlar üzərində get-gedə güclənməsi, Rusiyanın isə manipulyasiyalarla Avropaya müdaxilə etməyə çalışması...”

Makronun AP seçkilərindəki strategiyası Le Pen və milliyətçilik qorxusu üzərində qurulub.

Milliyətçilik yüksəlişdə

Makronun qorxusu əbəs yerə deyil. Qloballaşma əleyhdarlığı milliyətçi cərəyanların ortaya çıxmasına və mövcud olanların daha da böyüməsinə yol açıb. Bu partiyalar ifrat sağçı düşüncələrə (xarici düşmənçiliyi) sahib olmaqla yanaşı, milli hegemonluğu və milli kimliyi özlərinə şüar ediblər. İqtisadiyyatda mühafizəkarlığı önə çıxaran proqramlara sahibdirlər. Ölkənin ən aşağı siniflərinə xitab edənlərin böyük əksəriyyəti tərəfindən də dəstəklənirlər. Xarici siyasətdə müdaxiləçiliyə qarşı çıxaraq ölkələrin maraqlarına uyğun şəkildə Rusiya və Çin kimi geostrateji və iqtisadi nəhənglərlə iş birliyi etməyi müdafiə edirlər. Bir çoxu AB-dən ayrılmağı müdafiə etməklə və artıq get-gedə böyüyən bir qüvvə olmaları ilə yanaşı, həmçinin, birlik içində qalmağı və ölkələrinin milli maraqlarına hörmət edən bir Avropa Birliyi üçün mübarizə aparmaq istəyirlər. Bunların başında Fransada Le Penin Milli Birlik Partiyası gəlir.

2014-cü il AP seçkilərində başda Fransa və İngiltərə olmaqla, Avropanın milliyətçi partiyalarının uğuru sözün əsl mənasında bir “siyasi zəlzələ” kimi qiymətləndirilib. Fransada Marin Le Penin Milli Cəbhəsi 25%, İngiltərəni BREXİT-ə aparan Birləşmiş Krallıq Müstəqillik Partiyası (UKIP) 29% səs çoxluğu ilə ölkələrinin ənənəvi iqtidar və müxalifət partiyalarını geridə qoyaraq birinci olmuşdular.

Daha sonra bu günə qədər bu istiqamətdə yeni partiyalar qurulub. Onlar bəzi ölkələrdə iqtidara gəlib, bəzilərində isə iqtidara ortaq olub (İtaliya, Avstriya, Macarıstan) və ya ölkələrində güclü müxalif partiyalara çevriliblər (Fransa, Almaniya, İngiltərə...). Qarşıdakı bir neçə həftə ərzində AP seçkiləri barədə yazmağa davam edəcəyik.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar