Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ səfiri: "Azərbaycanla imzalanması planlaşdırılan saziş yeni imkanlar açacaq"

"Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər çox yeni imkanlar və sahələr açılacaq və bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir", - səfir qeyd edib

"Brüsseldə ikigünlük hadisələr marafonu - "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş və dövlət başçılarının, Xarici İşlər nazirlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin və KİV-in iştirakı ilə keçirilən konfrans və görüşlər başa çatdı. İştirakçıların hamısı bir çox sahələrdə irəliləyişlər olduğunu deyiblər və biz bunu rəqəmlərdə də ifadə edə bilərik".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestutis Yankauskas "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi münasibətilə Brüsseldə keçirilən tədbirlərin yekunlarını şərh edərkən bildirib."Brüsseldə ikigünlük hadisələr marafonu - "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş və dövlət başçılarının, Xarici İşlər nazirlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin və KİV-in iştirakı ilə keçirilən konfrans və görüşlər başa çatdı. İştirakçıların hamısı bir çox sahələrdə irəliləyişlər olduğunu deyiblər və biz bunu rəqəmlərdə də ifadə edə bilərik".

"Əməkdaşlığımız nə qədər dərinləşərsə, bir o qədər çox yeni imkanlar və sahələr açılacaq və bu da gələcək işlərə daha yaxşı meyillənməyə yardım edir", - səfir qeyd edib.

Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığa imkan yaradır: "Konfransın bağlanışında Avropa İttifaqının komissarı Yohannes Hannın qeyd etdiyi kimi, yaxın bir neçə il ərzində yəqin ki, daha çox "Şərq Tərəfdaşlığı" ölkələrinin öz aralarında, o cümlədən ticarət və rəqəmsal iqtisadiyyat sahələrində əlaqələrdən daha çox istifadə etmələrinə diqqət yetirəcəyik. İmkanlar çoxdur".

K.Yankauskas vurğulayıb ki, "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyi münasibətilə keçirilən yüksək səviyyəli konfrans uğurlu keçib və orada gələcək əməkdaşlıqla bağlı gənclər tərəfindən çoxlu təkliflər irəli sürülüb: "Əlbəttə, təhsil bizim prioritetimiz olaraq qalacaq".

O diqqətə çatdırıb, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər həmçinin Prezident İlham Əliyevin Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə görüşündə də müzakirə olunub: "Yeni saziş, həmçinin aviasiya sazişi üzrə hələ qalmış işlər müzakirə edilib. İşi davam etdirməliyik. Ümidvaram ki, bunu ən yaxın zamanda tamamlayacağıq, nə tempimizi, nə də istəyimizi azaltmayacağıq. Çünki onlar (sazişlər) yeni imkanlar açacaq".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar