Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - Foto  

Məqsəd - bütün Azərbaycanı gəzmək

65 yaşlı Nağı İsmayılov fərqli görünüşə malik olan avtomobilini 20 ildir ki, idarə edir. O, həmin avtomobillə ölkəmizin rayonlarını gəzməyi qarşısına məqsəd qoyub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, “Niva” mühərriki ilə işləyən və 1973-cü il istehsalı olan “ZAZ” markalı avtomobil fərqli avtomobillərin ehtiyat hissələrindən yığılıb.

Ağcəbədi rayonunda yaşayan qəhrəmanımız, bir-neçə ilə ərsəyə gətirdiyi avtomobilinin əksər detallarını özü hazırlayıb. Artıq 10-dan çox rayonu gəzən Nağı İsmayılov yeməyini və yataq dəstini hər yerə özü ilə aparır. Gecələr maşında yatır, gündüzlər isə yol gedir.

Onun sözlərinə görə, avtomobili almaq istəyən çox olub. Ancaq o, maşınını satmaq niyyətində deyil. Bu maraqlı avtomobili görən hər kəs ayaq saxlayır və yaxınlaşıb maraqlanır.

Nağı İsmayılov bu günə qədər avtomobilin rəngini 5 dəfə dəyişib. Bundan sonra isə daha 3 dəfə rəng dəyişəcək. Səbəbi isə, hər dəfə dəyişdiyi rəngi bir nəvəsinə aid etməsidir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar