Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanov rayonunda hesabat iclası keçirilib

Mayın 14-də Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat iclası keçirilib

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Eyni zananda icra başçısı, hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini bildirib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 32 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 5 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsində olduğu nəzərə çatdırılıb.

Natiq, ölkə xaricində həyata keçirilən geniş layihələrə toxunaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən ilin may ayının 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin təntənəli açılışı mərasiminin olduğunu, həmçinin 2017-ci ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan İş Mərkəzinin hazırda inşasının həyata keçirildiyini, eyni zamanda Azərbaycan İş Mərkəzinin nəzdində inşası nəzərdə tutulan Azərbaycan Ticarət Evinin binası üçün torpaq sahəsinin ayrılması ilə bağlı Həştərxan vilayətinin rəhbərliyi ilə danışıqlar aparıldığını qeyd edib, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyini xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış "DOST İş Mərkəzi" MMC tərəfindən Nərimanov rayonunda abadlıq, təmizlik və yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün 830 nəfərlik müvəqqəti iş yerlərinin yaradıldığını deyən icra başçsı, rüb ərzində işə qəbul olunmuş 608 nəfər işçinin Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamına verilərək rayonda aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərinə cəlb olunduğunu, hazırda işsiz vətəndaşların yaradılmış müvəqqəti iş yerlərinə qəbul edilməsi istiqamətində işlərin davam etdirildiyini, bütün bunların ölkə prezidentinin əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri olduğunu vurğulayıb.
Eyni zamanda, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən 1380 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 15 səyyar görüş və qəbullar zamanı edilən 101 nəfərin müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü, həmçinin, Qaynar xətt-“1643” xidmətinə 126 müraciətin daxil olduğu, onlardan əksəriyyətinin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verildiyi qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini Hüseyn Mövsümov çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlardan, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində əldə olunan nailiyyətlərdən danışıb və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Vətəndaş məmnunluğunun təmin olunmasının hər bir dövlət məmurunun qarşısında duran ən ümdə vəzifələrdən biri olduğunu deyən H.Mövsümov, vətəndaşlarımızın müraciətlərinin, onların bu və ya digər problemlərinin həllinə həssaslıqla yanaşılmasının vacibliyini xüsusi vurğulayıb.

Nərimanov Rayon Sukanal İdarəsinin rəisi Elçin Bağırov, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin müdiri Məzahir Vəliyev və 6 saylı Uşaq poliklinikasının baş həkimi Naibə Məmmədova çıxışlarında olkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, əhalinin rifah halının yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin yüksək sosial-iqtisadi inkişafa nail olduğunu dilə gətirərək, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu söyləyib və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2019-cu ilin birinci rübündə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.

pia.az

Fotolar




Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar