Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovdan Əli İnsanovla bağlı açıqlama

Mübariz Mənsimov Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatlara münasibət bildirib

Tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bir müddət əvvəl həbsdən buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda şirkətin yaydığı açıqlamada M. Mənsimov keçmiş nazirlə əməkdaşlığını tamamilə istisna edib. O, Ə.İnsanovu tanımadığını və tanımaq da istəmədiyini bəyan edərək, hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzularına çatmayacaqlarını bildirib.

Qeyd edək ki, Mənsimova qarşı yönələn ittihamlardan biri də “Palmali” sahibinin öz xeyriyyəçilik fəaliyyəti haqqında cəmiyyəti müntəzəm məlumatlandırması, bu istiqamətdə gördüyü işləri təbliğ etməsidir.

“Ancaq həmin “ittiham”ları dövriyyəyə buraxanlar Mənsimovun xeyriyyə məqsədilə məhz şəxsi vəsaitini sərf etdiyini, eyni zamanda, bütün müsbət nümunələrin tanıdılmasına ehtiyac olduğunu nədənsə, “unudurlar”. Bu “unutqanlığın” nəticəsi isə atdıqları bumeranqın onların özlərinə qayıtması olur”-deyə şirkətdən verilən bəyanatda bildirilib.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar