Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Komitə: "İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir"

Bunu Gündüz İsmayılov seminar-müşavirədə deyib

İslam dini təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini ekstremizm və radikalizmlə mübarizəyə həsr olunmuş seminar-müşavirədə deyib.

G.İsmayılov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir.

Sədr müavini onu da vurğulayıb ki, Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər.

Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında da məlumat verən G.İsmayılov qeyd edib ki, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov isə qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Xaricdəki bəzi dairələr tərəfindən İslamın terrorla eyniləşdirildiyini diqqətə çatdıran Komitə sədrinin müavini vurğulayıb ki, Yaxın Şərq ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini bildirən sədr müavini respublikamızda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib.

Dini radikalizmlə mübarizədə hər kəsi ayıq-sayıq olmağa çağıran S.Heydərov deyib ki, dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir.(Trend.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar