Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ müddətsiz lisenziyaların verilməsi ilə bağlı iddialara münasibət bildirib

MTRŞ-nin şöbə müdiri Nemət Cavadov açıqlama verib

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımçılarına müddətsiz lisenziyaların verilməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.

MTRŞ-nin şöbə müdiri Nemət Cavadov ONA-ya bildirib ki, “Lisenziyalar və icazələr haqqında” qanunun 22.1 maddəsinə əsasən lisenziyalar, bu qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla müddətsiz verilir.

Azərbaycan qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Həmin qanunun 1-ci maddəsində lisenziyaların və icazələrin anlayışları göstərilib. Yəni, lisenziyalar mobil yayım istisna olmaqla birmənalı olaraq müddətsiz verilir. İcazələr isə qanunlarda başqa müddət müəyyən edilməyibsə müddətsiz təqdim edilir. Teleradio yayımı fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinə aid olduğundan qanunun 22.1-ci maddəsinə əsasən bu sahədə lisenziyalar müddətsiz verilir. Eyni zamanda, bildirmək istərdim ki, “Lisenziyalar və icazələr haqqında” qanun 15 mart 2016-cı il tarixində qəbul edilib. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi aktla münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir”, - N. Cavadov qeyd edib.

Qeyd edək ki, qanunların MTRŞ-ya teleradio yayımçılarına müddətsiz lisenziya vermə hüququnun olmadığı iddia edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar