Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın sülh planı: Fələstin üçün blokada başlayır?..

Ekspert: “Bu plan heç bir vəchlə bu Fələstin tərəfindən qəbul olunacaq bir plan deyil”

“Həmin planda bəzi təhdid xarakterli muddəalar var. ABŞ tərəfindən bu müddəalar həmin planda öz yerini tapıb, ancaq bütün bu təzyiq xarakterli müddəalara baxmayaraq düşünürəm ki,Fələstin dövləti bunu heç bir vəchlə qəbul etməyəcək”.


Bu sözləri politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın Fələstin probleminin həlli ilə bağlı irəli sürdüyü plana münasibət bildirərkən PİA.az-a açıqlmasında söyləyib.

Xatırladaq ki, ötən həftə İsrailin “İsrail HaYom” qəzeti Fələstin probleminin həlli ilə bağlı Trampın planını açıqlayıb.ABŞ prezidenti Donald Trampın Fələstin problemi ilə bağlı irəli sürdüyü plan aktual mövzuya çevrilib və geniş müzakirələrə səbəb olub.

Trampın sülh planında ordusu olmayan, sərhədləri İsrail tərəfindən qorunan və paytaxtı qismən Qüds sayılan İordan çayının qərb sahili ilə Qəzza zolağında “Yeni Fələstin” adlı bir dövlətin qurulmasından bəhs edilir.

Əməkdaşımız mövzu ilə bağlı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri,politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Natiq Miri: “Trampın planı müsəlman dünyasının müqəddəs şəhəri olan Qüdsü demək olar ki, bir mənalı olaraq İsrailə peşkəş edir”.

İsrail qəzetinin yayaımladığı İsrail- Fələstin sülh planının Fələstin tərəfindən heç cür qəbul olunmayacağını bildirən Natiq Miri hesab edir ki, Trampın planı Fələstin dövlətinin ancaq formal olaraq fəaliyyətinə imkan verir. Politoloqin fikrincə Qüds tamamilə İsrail dövlətinin idarəsinə verilərsə, gələcəkdə bütün müsəlmanların ilk qibləsi olan "Məscidül-Aqsa"nın tamamilə sökülüb yerində sinaqoq tikilməsini də istisna etmək olmaz:

“Əvvəla bu plan Fələstin dövlətinin maraqlarına xidmət etməyən bir plandır.Çünki, həmin plan müsəlman dünyasının müqəddəs şəhəri olan Qüdsü demək olar ki, bir mənalı olaraq İsrailə peşkəş edir. Başqa tərəfdən Fələstin dövləti süni olaraq yalnız Qəzza bölgəsi və Qərbi İordan çərçivəsinə sıxışdırılır ki, bu da təbii ki, Fələstin dövlətinin ancaq formal olaraq fəaliyyətinə imkan verir. Ayrıca əgər Fələstin dövləti həmin planda yalandan da olsa bir müstəqil dövlət elan olunursa onda sual olunur ki, necə olur ki,bu dövlətin özünün müstəqil ordusu olmur?

Fələstin dövlətində silahlı qüvvə olaraq çox məhdud sayda polis və asayiş qüvvələri nəzərdə tutulur ki, bu da təbii ki dolayısı yolla Fələstin muxtariyyətinin və yaxud da kİ,"Qondarma dövlətinin" İsraildən asılı vəziyyətə salır. Halbuki Fələstinin asayiş qüvvələri və polisi hal-hazırda fəaliyyət göstərməkdədir. Ayrıca buna kompensasiya olaraq guya Misir ərazisində bəzi torpaqların uzun müddətə Fələstin dövlətinə kirayəyə verilməsi nəzərdə tutulur ki, bu da bir növ Fələstin cəmiyyətini və dövlətini aldatmağa yönəlik bir müddəadır. Bu baxımdan düşünürəm ki, heç bir vəchlə bu Fələstin tərəfindən qəbul olunacaq bir plan deyil.

Natiq Miri: “Əgər Qüds gələcəkdə bütövlükdə İsrail dövlətinə idarəsinə verilərsə, gələcəkdə bütün müsəlmanların ilk qibləsi olan “Məscidül-Aqsa”nın tamamilə sökülüb yerində sinaqoq tikilməsini də istisna etmək olmaz”.

Bir şeyi də diqqətdən qaçırmayaq ki, Fələstin məsələsi təkcə Fələstinin və Fələstin xalqının problemi deyil. Bu problem bütün müsəlman dünyasının problemidir. Ayrıca Qüds şəhərində “Məscidül-Aqsa” deyilən ilk müsəlman qibləsi olan bir məscid mövcuddur. Əgər Qüds gələcəkdə bütövlükdə İsrail dövlətinə qalarsa, bu o anlama gəlir ki, gələcəkdə bütün müsəlmanların ilk qibləsi olan “Məscidül-Əqsa”nın tamamilə sökülüb yerində sinaqoq tikilməsinə gətirib çıxardacaq ki, bu da bütün müsəlman dünyasının qəbul edəcəyi bir amil deyil. Ona görə də düşünürəm ki, buna nəinki Fələstin dövləti eyni zamanda bugün müsəlman dünyasının bayrağını özündə daşıyan Türkiyə dövləti də heç bir vəchlə razı olmayacaq.

Doğrudur həmin planda bəzi təhdid xarakterli muddəalar var. ABŞ tərəfindən bu müddəalar həmin planda öz yerini tapıb, ancaq bütün bu təzyiq xarakterli müddəalara baxmayaraq düşünürəm ki,Fələstin dövləti bunu heç bir vəchlə qəbul etməyəcək və bütün müsəlman dövlətləri bunun qəbul edilməsinə imkan verməyəcək.Sadəcə bir şeyi də diqqətdən qaçırmayaq çox təəssüf ki, Ərəb dünyasının liderliyini öz özərinə götürən xəyanətkar Misir Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlət var ki, bu xəyanətkar planın bilavasitə tərkib hissəsi kimi bugün fəaliyyət göstərirlər. Ancaq buna rəğmən yenə də təkrar edirəm Fələstin dövləti və Türkiyə imkan verməyəcək ki, bu plan qəbul olunsun.

Onu xüsusilə qeyd etmək istəyirəm ki, bu planın xoşagəlməz hissələrindən biri də odur ki, təzyiq xarakterli bir plandır və qəbul olunmadığı təqdirdə Fələstinin tamamilə blokadaya alınmasını nəzərdə tutan müddəalar var ki, bu da göstərir ki, bu planı zorla Fələstin dövlətinə qəbul etdirmək istəyirlər. Amma mən düşünürəm ki, bu planızor gücü ilə heç bir vəchlə Fələstin dövlətinə qəbul etdirmək mümkün olmayacaq. Əgər təzyiqlə bu planı qəbul etdirməyi düşünürlərsə, bu regionda böyük bir müharibəyə gətirib çıxarda bilər ki, bu da nəticə etibarilə Fələstin dövlətindən daha çox ABŞ-ın strateji müttəfiqi olan İsrailə böyük zərbə vuracaq.

Natiq Miri “Əmin olun ki, əgər bölgədə böyük bir müharibə başlayarsa bu İsrail dövlətinin yer üzündən birdəfəlik silinməsinə gətirib çıxardacaq”.

Əmin olun ki, əgər bölgədə böyük bir müharibə başlayarsa bu İsrail dövlətinin yer üzündən birdəfəlik silinməsinə gətirib çıxardacaq. Bu məsələdə təkcə Fələstin, Livan eyni zamanda İran dövlətləri iştirak etməyəcək belə bir müharibə olarsa bu bütün İslam dünyasını eyni zamanda Pakistanı yəni nüvə silahına malik olan Pakistanı və regionun lider dövləti olan Türkiyəni də ağuşuna alacaq ki, bu da nəticə etibarilə İsrailin silinməsinə gətirib çıxarda bilər.

Əgər bu yardımlar birdəfəlik tamamilə kəsilmiş olsa belə əmin olun ki, müsəlman dövlətləri eyni zamanda İsrailin bu işğalçı siyasətinin əleyhinə olan bəzi xristian dövlətləri yenə də Fələstin dövlətinə yardım etməyə davam edəcək.

Buna görə də düşünürəm ki, ABŞ sadəcə olaraq plana görüntü xarakterli bu müddəaları salıb.O ki qaldı yardımların kəsilməsinə onsuz da yardımlar BMT səviyyəsində ABŞ - ın təzyiqi ilə kəsilib.bundan sonra hər hansı bir yardımın kəsilməsi məsələsi söhbət predmeti deyil. Əgər bu yardımlar birdəfəlik tamamilə kəsilmiş olsa belə əmin olun ki, müsəlman dövlətləri eyni zamanda İsrailin bu işğalçı siyasətinin əleyhinə olan bəzi xristian dövlətləri yenə də Fələstin dövlətinə yardım etməyə davam edəcək”.

Ülkər İSMAYILQIZI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar