Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilimiz hisslərimizə necə təsir göstərir?

Bu,mədəniyyət və cəmiyyətimizin gizli məqamlarına da işarə ola bilər

Heç olubmu ki, bir dad və ya qoxunu adlandıra bilməyəsiniz? Bu danışdığınız dildən asılı ola bilər. Və bu, mədəniyyət və cəmiyyətimizin gizli məqamlarına da işarə ola bilər.

Hansını təsvir etmək sizin üçün daha asandır: otun rəngi, yoxsa qoxusu? Cavabınız isə doğulub-böyüdüyünüz ölkədən, daha dəqiq desək, uşaqlıqdan danışdığınız dildən asılı ola bilər.

İnsanları adətən əyani canlılar kimi xarakterizə edirik. Əgər ana diliniz ingilis dilidirsə, bununla intuitiv olaraq razılaşarsınız.

İngilis dilinin lüğət tərkibi rənglər və həndəsi fiqurlarla bağlı sözlərlə zəngindir. Lakin qoxuları ifadə edən sözlər çox azdır.

Bu yaxınlarda aparılan qlobal araşdırma, dünyanı görmək, eşitmək, qoxulamaq, dadmaq və ya hiss etmək təcrübələrimizə əsasən mənsubu olduğumuz mədəniyyətlərdən asılı olduğunu üzə çıxarıb. Və təbii ki, bu əks dilimizə də inikas edir.

Araşdırma Avropa, Şimali və Cənubi Amerika, Asiya, Afrika və Avstraliya boyunca 26 tədqiqatçı tərəfindən 20 dil üzrə aparılıb. Ərazilər isə böyük şəhərlərdən tutmuş, ucqar kəndlərə qədər dəyişib.

İştirakçılardan rənglənmiş kağızın rəngini, şəkərli suyun dadını və ya ətirli kağızın qoxusunu təsvir etmək kimi duyğu stimulantlarını dilə gətirmək istənilib.

Nəticələr həyat tərzimiz, ətraf-mühitimiz və hətta evlərimizin formasının belə, bizim dünyanı qavramaq və bunları sözlə ifadə etmək gücümüzə təsir göstərdiyini deməyə əsas verir.

İngilisdilli insanlar qoxuları təsvir edən sözlər tapmaqda çətinlik çəkirlər - başqa dilləri danışanlar isə yox

"Mənə elə gəlir ki, biz adətən dili dünya haqqında birbaşa məlumat mənbəyi kimi qavrayırıq," York Universitetinin dil, kommunikasiya və mədəni idrak üzrə müəllimi və araşdırmanın rəhbəri Asifa Majid deyir.

"Bunları hisslər haqqındakı düşüncələrimiz və onların müasir elmdə əksində görmək mümkündür."

Majidə görə, bir çox dərsliklərdə insana vizual canlılar deyə xitab edilir.

"Bunun arxasında yatan məntiqin bir hissəsi beyinin qoxunun əksinə görməyə daha çox bağlı olması ilə əlaqəlidir. Lakin digər mühüm dəlil dildir. Gördüyümüz şeyləri ifadə etmək üçün çoxlu sözlərimiz olduğu halda, qoxuları təsvir edən kəlmələr tapmaqda çətinlik çəkirik," o deyir.

Ancaq Majid həm də əlavə edir ki, bəzi cəmiyyətlər qoxu və səs yönümlüdür.

O, Malay yarımadasında yaşayan ovçu-yığıcı icmanın danışdığı cahay (Jahai) dili üzrə araşdırması zamanı, həmin dildə qoxuları ifadə edən sözlərin ingilis dilində rəngləri ifadə edən sözlər qədər dəqiq və müxtəlif olduğunu müəyyənləşdirib.

Araşdırma, Avstraliyada cəmi 100 nəfərin danışdığı umpila dili ilə dünya üzrə bir milyard insanın danışdığı ingilis dili kimi müxtəlif dillərin mütəxəssislərini bir araya gətirib. Ümumilikdə sınaqda 313 nəfər iştirak edib.

Tədqiqatçılar onlara müxtəlif stimulantlar veriblər və sonra hər bir qrupun "kodlaşdırma" səviyyəsini, yəni hər qrupdakı cavablar üzrə iştirakçıların razılıq səviyyəsini ölçüblər.

Yüksək səviyyəli kodlaşdırma qrupu məsələn, bir rəng üçün eyni sözdə razılaşması ilə müəyyənləşib.

İngilisdillilər dadları adlandırmaqda çətinlik çəkdikləri halda, lao və farsca danışan insanlar onları rahatlıqda ifadə edirlər

Aşağı səviyyəli kodlaşdırma isə, qrupun həmin rənglər üçün ümumi qəbul olunmuş lüğəti olmadıqda və ya onları ümumiyyətlə müəyyənləşdirə bilmədikdə qeydə alınıb.

İngilisdillilər fiqurlar və rəngləri çox yaxşı izah edə biliblər.

Onların hamısı bir şeyin məsələn, üçbucaq və ya yaşıl olduğu barədə ümumi razılığa gəliblər.

Lao və ya farsca danışan insanlar dadları adlandırmaq üzrə fərqləniblər.

Acı dadan suyu farsdillilər "təlx" kimi təsvir ediblər. Təlx farsca acı deməkdir.

İngilisdillilər üçün isə bu hissə çox çətin olub. Eyni acı suyu dadan "ingilisdilli iştirakçılar acı, duzlu, pis deyil, nanəli, qulaq mumu dadında, dərman dadlı və sair kimi ifadələr işlədiblər," Majid deyir.


O söyləyir ki, bu cür dad qarışıqlığı ingilisdillilər arasında aparılan laboratoriya testlərində tez-tez baş verir: "Onlar acını duzlu və turş, turşu acı, duzlunu isə turş kimi təsvir edirlər.

Bu dadları xarakterizə edən lüğət tərkibi olmasına baxmayaraq, insanlar dad təcrübəsini dilə tökmək çətinliyi yaşayırlar."

Maraqlısı isə budur ki, dad tapşırığı üzrə yüksək nəticə göstərən dil - fars, lao və kantonca - icmalarının hər birinin acı da daxil olmaqla müxtəlif tamlarla zəngin möhtəşəm mətbəxləri mövcuddur.

Bəzi iştirakçılar, göstərilən şeyləri dillərində izah edən sözlər olmadığına görə müəyyən tapşırıqlarda daha çox əziyyət çəkiblər.

Qoxu təsvirinə olan meylə dünyanın bütün ovçu-yığıcılarında rast gəlmək mümkündür

Avstraliyanın ovçu-yığıcı icmasının istifadə etdiyi umpila dilində rənglərdən yalınız qara, ağ və qırmızını təsvir edən sözlər var.

Amma umpila dilində danışan insanlar üçün qoxuları təsvir etmək çox asandır.

Görünüşü yox, qoxu təsvirinə olan meylə dünyanın bütün ovçu-yığıcılarında rast gəlmək mümkündür. Buraya əvvəl qeyd etdiyimiz cahay dili də daxildir.

Ətirlərlə zəngin meşələrdə yaşamaq və ov etmək nəticəsində belə bir üstünlük formalaşır.

Duyğu müxtəlifliyi işarə dillərində də aktuallığını qoruyur.

Balinin işarə dili ilə ünsiyyət quran və 1200 nəfərin bildiyi kənd dili kata kolokca danışanlar da umpilaca danışanlar kimi rəngləri təsvir etməkdə əziyyət çəkiblər.

Amerika İşarə dili və Britaniya İşarə dilini bilənlər isə, bu tapşırığın öhdəsindən asanlıqla gələrək, ingilisdillilər ilə eyni nəticə göstəriblər.

Musiqiçilərin çox olduğu icmaların insanları özləri musiqiçi olmasalar belə, səsləri izah etməkdə yaxşı nəticə göstəriblər

İncəsənətdən tutmuş memarlığa qədər mədəni faktorlar iştirakçıların müxtəlif testlər üzrə çıxışında böyük rol oynayıb.

Naxışlı dulusçu məmulatları istehsal edən icmaların insanları fiqurları asanlıqla təsvir ediblər. Bucaqlı və dairəvi forması olmayan evlərdə yaşayan insanlar bucaqlı fiqurları rahatlıqla izah edə biliblər.

Və musiqiçilərin çox olduğu icmaların insanları özləri musiqiçi olmasalar belə, səsləri izah etməkdə yaxşı nəticə göstəriblər.

"Mütəxəssis musiqiçilərin yetişdiyi cəmiyyətlər səslər haqqında anlayışa və həmin səslərin izah etmək qabiliyyətinə malik olurlar," Majid deyir

Səssiz və qoxusuz yerlərdə daha çox vaxt keçirən bizlər ilə ətirli bitkilər və musiqi səsləri ilə dolu cəmiyyətlərdə yaşayan insanlar arasındakı fərq bəlkə də yeni duyğu təcrübələri qazanmaq üçün stimul ola bilər.

Bu eləcə də, linqvistik müxtəlifliyin dəyərini xatırladan bir göstəricidir.

Məsələn, umpila dili yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir.

Umpilaca danışan insanların sayı kəskin şəkildə azalır.

Amma söhbət qoxuları təsvir etməkdən gedirsə, bu nadir və təhlükə altında olan dil milyard gücünə malik ingiliscədən daha qüvvətlidir.(Milli.Az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar