Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

165 nəfər keçid balını toplayıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında 165 nəfər keçid balı toplayıb
Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlər çərçivəsində may ayının 11-də qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyib.

Tədbirin gedişi Ədliyyə Nazirliyinin internet səhifəsi (www.iustice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb. "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

301 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 165 nəfər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb (siyahı Ədliyyə Nazirliyinin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).

Ədliyyə Nazirliyi bildirir ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.

Əlavə informasiyanı Ədliyyə Nazirliyinin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar