BƏƏ-də 7 neft tankerində partlayış oldu
Birləşmiş Ərəb Əmirliklərində neft tankerlərində baş vermiş yanğın güclü partlayışla nəticələnib.
Bu barədə Al-Mayadeen telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Fuceyra limanında baş verib.
Yanğın azı 7 tankeri əhatə edib.
Hadisənin səbəbləri araşdırılır.(Oxu.az)
pia.az